Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
Süni İntellekt
09.02.2024
Emil Nəcəfov
ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər. Məlum olub ki, aparılmış testlərin nəticələri heç də ürəkaçan deyil. Belə ki, aparılmış hərbi əməliyyat simulyasiyalarında süni zəka hərbi konfliktlərin gözlənilməz kəskinləşməsinə doğru irəliləmə tendensiyasını və hətta nüvə silahının tətbiqini sərgiləyib. Məlumatda qeyd edilib ki, hərbi əməliyyat simulyasiyalarında OpenAI şirkətinin GPT-3.5 və GPT-4 sistemləri Anthropic şirkətinin Claude kimi digər sistemlər ilə müqayisədə müharibələrə və silahlanma yarışına daha tez start veriblər.
Bununla belə nüvə silahının tətbiqi məntiqi çox absurd olub. Belə ki, hərbi əməliyyat simulyasiyalarından birində GPT-4 nüvə silahının istifadəsi ilə müharibənin başladılması səbəbi kimi “Mən sadəcə olaraq bütün dünya üçün sülh arzulayıram” arqumentini irəli sürüb. Digər süni zəka modeli vəziyyəti bu cür əsaslandırıb. “Bir çox ölkədə nüvə silahı mövcuddur. Bizdə bu silah var. Elə isə gəlin ondan istifadə edək”. Mütəxəssislərin sözlərinə əsasən süni zəkanın bu cür qeyri-stabilliyi onun bütün dünya üzrə silahlı qüvvələrdə aktiv şəkildə istifadəsi kontekstində böyük təhlükələrə səbəb ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər.
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
OpenAI şirkəti özünün GPT-4 dil modelinin bioloji silahın yaradılmasında istifadəsi risklərini qiymətləndirmək üçün araşdırma aparıb.
Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
Microsoft şirkətinin CEO-su Satya Nadella-nın fikrincə süni zəka imkanlarından təhlükəsiz şəkildə istifadənin zəmanətini təmin etmək üçün texnoloji sektor, dövlət və cəmiyyət öz səylərini birləşdirməlidir.
Musiqiçilərin çoxu süni zəka səbəbilə gəlirlərindən məhrum olacaqlarından narahatdır
Musiqiçilərin çoxu süni zəka səbəbilə gəlirlərindən məhrum olacaqlarından narahatdır
Musiqiçilərin 2/3 hissəsi süni zəka texnologiyalarının sürətlə inkişaf etmələrindən narahatdır.
Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib
Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib
Verilmiş məlumata əsasən Çinin tənzimləyici orqanları son 6 ay ərzində ictimai istifadə üçün nəzərdə tutulmuş 40 ədəd süni zəka modelinin işə salınmasına icazə veriblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!