Həvəskar astrofotoqraf 12 il ərzində Süd Yolu qalaktikasının panoram təsvirini yaradıb

Həvəskar astrofotoqraf 12 il ərzində Süd Yolu qalaktikasının panoram təsvirini yaradıb

Süni zəka və Elm
29.03.2021 PAYLAŞIM

    Həvəskar astrofotoqraf Süd Yolu qalaktikasının detallı təsvirini təqdim edib. 1.7 GP (giqapiksel) ölçüsündə olan qalaktik panoram təsvirin yaradılmasına 12 il və 1250 saat vaxt sərf olunub. Çox zaman kosmosun detallı təsvirlərini böyük rəsədxanalar və ya kosmik teleskoplar vasitəsilə əldə etmək olar. Lakin J.P. Metsavainio adlı həvəskar astrofotoqraf sübut edib ki, yetəri qədər səy göstərməklə hətta milyonlarla dollar dəyəri olan təchizatdan istifadə etmədən də diqqət cəlb edən nəticələr əldə etmək olar.

Qalaktik panoram təsvirin kiçik bir hissəsi:


    Beləliklə sözügedən astrofotoqrafın səyləri nəticəsində Süd Yolun qalaktikasının 1.7 GP ölçüsündə panoram təsviri əldə olunub. Bu cür işi ərsəyə gətirmək üçün Metsavainio adi həvəskarlar üçün nəzərdə tutulmuş təchizatdan istifadə edib. Virtual kətan isə 234 ədəd ayrı-ayrı obyektin birləşməsi nəticəsində yaradılıb və nəhəng mozaikanı xatırladır. Astrofotoqraf qeyd edib ki, bəzi hallarda əlavə emal proseslərinin yerinə yetirilməsi lazım gəlib. Belə ki, obyektlərin bəziləri digərlərindən fərqli olaraq daha çox ekspozisiyanı tələb ediblər. Yaradılmış kosmik panoram təsvirin tam versiyası ilə astrofotoqrafın saytında tanış olmaq olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..


Alimlər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirə biliblər (Vİ..

Müxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçı..


NASA agentliyi 'Artemis' proqramı çərçivəsində astronavtların Aya uçuşlarını 202..

NASA astronavtların Aya geri dönüşlərini 2024-cü ildən 2025-ci ilə təxirə salıb.

×