Həyat növünün mövcudluğuna işarə?: Curiosity aparatı Marsda üzvi maddələrin izlərini aşkar edib

Həyat növünün mövcudluğuna işarə?: Curiosity aparatı Marsda üzvi maddələrin izlərini aşkar edib

Süni zəka və Elm
03.11.2021 PAYLAŞIM

    Mars səthində hələ də fəaliyyət göstərən Curiosity aparatı Eolida adlı dağın ətəyindən süxur nümunəsini əldə edib. Lakin bu dəfə NASA mütəxəssislərinin qərarlarına əsasən aparat süxur nümunəsini daxilindəki boş hissəyə deyil, kimyəvi maddələrin olduqları hissəyə yerləşdirib. Nəticədə süxur molekullarının ayrılmaları benzoy turşusu ilə ammonyakın mövcudluqlarını təyin ediblər və ilkin nəticələrə əsasən onlar üzvi maddə mənşəyinə aiddirlər. Bu, 100%-lik ehtimal ilə üzvi maddələrin aşkar edilməsi demək deyil. Lakin alimlərin sözlərinə əsasən sözügedən molekullar üzvi maddələrin mövcudluğuna işarə edirlər. Mütəxəssislərin sözlərinə əsasən ilk əvvəl bu təcrübə Mars süxurlarının iştirakları ilə növbəti kimyəvi təcrübələr üçün nümunə olmalı idi.

    Alimlərin təcrübə nəticəsində bioloji faktorları aşkar etməmələrinə baxmayaraq onlar bu üsulun həqiqətən də çalışdığını sərgiləyiblər. Curiosity aparatı 6 avqust 2012-ci il tarixində Marsın Geyl adlı kraterinə eniş etmişdi. Həmin vaxtdan aparat sözügedən planetdə həyat növünün izlərinin aşkar edilməsi yolunda Mars süxurlarını analiz edir. Alimlər güman edirlər ki, nə vaxtsa Mars səthində göllər və çaylar mövcud olublar. Deməli bu halda planetin səthində mikroorqanizmlər də mövcud olmalı idilər. Mikroorqanizmlərin aşkar edilmələri üçün isə alimlər bioloji faktorların axtarışındadırlar.


    Söhbət, bəzi həyat növlərinin ifraz edə bildikləri müəyyən kimyəvi birləşmələrdən gedir. Bəzi həyat növləri dedikdə isə mikroblar və ya daha qəliz struktura sahib digər nümunələr nəzərdə tutulur. Bundan əlavə olaraq Mars səthində o üzvi maddələr axtarılır hansılar ki, Yer kürəsində həyatın yaranmasında əsas rol oynayıblar. Curiosity daha əvvəllər həmin maddələri Mars çöküntülərində aşkar etmişdi. Aparılmış yeni təcrübə isə planetin üzvi maddə molekullarının daxil olduqları siyahını genişləndirib. Bu o deməkdir ki, Marsda nə vaxtsa həyatın mövcud olduğu ehtimalının sübut edilməsi şansı getdikcə artır. Benzoy turşusu ilə ammonyak əsas üzvi molekullardan hesab edilirlər. Onlar bioloji faktor olmasalar da bioloji faktorların mövcudluqlarına işarə edirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..

×