Logo
    main-post-cover

    Hindistanın 25 illik strateji planı süni zəkanın istifadəsi ilə tərtib edilib

    Süni İntellekt
    18.04.2024
    Farid
         Hindistanın baş naziri Narendra Modi-nin komandası ölkənin 25 illik strateji planının hazırlanmasında süni zəkadan istifadə edib. Bu barədə məlumatı baş nazirin özü təqdim edib. Modi-nin sözlərinə əsasən onun komandası 1.5 milyon insanın fikirlərini yığıb və daha sonra onları süni zəka vasitəsilə təsnifatı aparılmış və sistemləşdirilmiş məlumatlara çevirib. Modi süni zəkanın istifadəsi ilə tərtib edilmiş 25 illik strateji plana nələrin daxil olduqları barəsində məlumat verməyib.
         Lakin o qeyd edib ki, strateji plandakı məqsədlər Hindistanda baş tutacaq seçkilərdən sonra reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, Modi üçüncü dəfə seçkilərdə iştirak edəcək və onun yenidən Hindistanın baş naziri seçilməsi şansları çox yüksəkdir. Narendra Modi-nin partiyası seçkiqabağı manifestini artıq təqdim edib və həmin manifestdə partiya narkotik ticarəti ilə mübarizədə və yol hərəkəti idarəsinin yaxşılaşdırılmasında süni zəkadan istifadə ediləcəyinə söz verib.
    Paylaş