Logo
    main-post-cover

    Hindistanın Chandrayaan-3 Ay missiyası kiçik büdcə vasitəsilə reallaşdırılıb

        Hindistan Ayın Cənub qütbünə kosmik aparatı uğurlu şəkildə endirmiş ilk ölkə oldu. Ən maraqlısı isə odur ki, Hindistan bunu az büdcə ilə reallaşdıra bilib. Chandrayaan-3 adlı missiya təqribi olaraq 1 ay bundan öncə start götürmüşdü. Keçən həftə isə sözügedən missiya çərçivəsində eniş modulu uğurlu şəkildə Ayın Cənub qütbünə eniş etdi. Reuters saytının verdiyi məlumata əsasən Hindistan Kosmik Tədqiqatlar Təşkilatı Chandrayaan-3 missiyasına ümumilikdə 75 milyon dollar vəsait xərcləyib.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Rusiyanın bir neçə müddət bundan öncə reallaşdırmış olduğu və nəticədə uğursuz yekunlaşdığı Luna-25 missiyası 130 milyon dollara başa gəlmişdi. SpaceX-in Falcon 9 raketinin hər uçuşu 67 milyon dollara, Super Heavy raketinin uçuşu isə 100 milyon dollara başa gəlir. NASA-nın “Artemis” adlı Ay proqramının büdcəsi 93 milyard dollar təşkil edir və bu qiymət getdikcə artacaq.
    Paylaş
    Bənzər xəbərlər