Logo
    main-post-cover

    Honkonq Universiteti tələbələrə ChatGPT-dən istifadəni qadağan edib

        Honkonq Universiteti kurs işlərinin hazırlanmasında və təhsil ilə bağlı tapşırıqların yerinə yetirilməsində süni zəka əsaslı ChatGPT çat-botundan və ya süni zəka əsaslı hər hansısa digər bir tətbiqin istifadəsini tələbələr üçün müvəqqəti qadağan edib. Honkonq Universiteti Honkonqda tələbələr üçün bu cür qadağanı təyin etmiş ilk və hələ ki, yeganə təhsil müəssisəsidir. Honkonqun Çin Universiteti öz növbəsində bu mövzunun gələn həftə müzakirəsi üçün xüsusi komitə yaradıb. Digər təhsil müəssisələri də bu vəziyyətdə hansı tədbirlərin görülə biləcəyini düşünürlər.
        Keçən həftənin sonunda tələbələrə elektron məktub vasitəsilə mövcud qadağa barəsində məlumat vermiş professor Ian Holliday qeyd edib ki, süni zəka alətləri barəsində uzunmüddətli siyasətin təyin olunması üçün müəyyən vaxt lazım olacaq. “Buna görə də biz qısamüddətli siyasəti qəbul etməli olduq. Biz müvəqqəti tədbir kimi ChatGPT-dən və ya süni zəka əsaslı istənilən digər sistemlərdən istifadəni qadağan edirik” - deyə Ian Holliday öz məktubunda qeyd edib. Professor həmçinin qeyd edib ki, müəllimlər tələbələrin təhsil prosesində süni zəka sistemlərindən mümkün istifadələrini müəyyən etmək üçün müxtəlif üsullardan istifadə edəcəklər.
        Təyin edilmiş qadağaya riayət edilmədiyi hallarına rast gəlinsə, müəllimlər yerinə yetirilmiş tapşırığın müzakirə olunması, əlavə imtahanların keçirilməsi və s. kimi tədbirlərin görülməsi üçün tələbəyə müraciət edə bilərlər. Honkonq İnformasiya Texnologiyaları Federasiyasının prezidenti Francis Fong Po-kiu öz növbsində Honkonq Universitetinin təyin etmiş olduğu bu qadağanı dəstəkləyib. O bildirib ki, süni zəka alətlərindən istifadə edən tələbələr öz məntiqi təfəkkürlərini, tənqidi düşüncələrini və dil bacarıqlarını inkişaf etdirə bilməzlər.
    Paylaş
    Bənzər xəbərlər