Hubble teleskopu açar dəliyinə bənzəyən qeyri-adi kosmik obyekti sərgiləyib

Hubble teleskopu açar dəliyinə bənzəyən qeyri-adi kosmik obyekti sərgiləyib

Süni zəka və Elm
25.10.2022 PAYLAŞIM

    Hubble kosmik teleskopu vasitəsilə əldə edilmiş fotoda NGC 1999 adlı güzgü dumanlığı (əks etdirən dumanlıq) əks olunub. Sözügedən güzgü dumanlıq Yer kürəsindən 1350 işq ili məsafəsində Orion bürcündə yerləşir. Lakin NGC 1999 adlı güzgü dumanlığının mərkəzində olan qara ləkənin nə olduğu hələ də dəqiq olaraq bilinmir. NGC 1999-un özü digər məşhur dumanlıq olan Orion dumanlığından o qədər də uzaq məsafədə yerləşmir. Orion dumanlığına gəldikdə o, yeni ulduzların kütləvi şəkildə yaranmalarının baş verdiyi Yer kürəsinə ən yaxın kosmik sahədir.


    NGC 1999 güzgü dumanlığı isə yeni ulduzun yaranmasından sonra geridə qalmış toz və qaz qalığıdır. Güzgü dumanlıqlar öz tərkiblərində olan ulduzun işığı hesabına görünürlər. NGC 1999 dumanlığında isə işığın mənbəyi rolunda V380 Orionis adlı ulduz çıxış edir. Bu ulduz 1-3 milyon il bundan öncə formalaşıb. Lakin Hubble teleskopunun təqdim etmiş fotoda əsas diqqət çəkən məqam dumanlığın mərkəzində olan qara ləkədir. Həmin qara ləkə açar dəliyini xatırladır. Hubble teleskopu bu kosmik obyektin fotosunu ilk dəfə 20 il bundan öncə çəkdiyi zaman alimlər güman etmişdilər ki, həmin qara ləkə qlobuladır.

    Qlobula astronomiyada soyuq qaz və tozdan ibarət çox sıx qara dumanlıqdır. Bu cür dumanlıqları adətən digər dumanlıqların və ya parlaq ulduzun fonunda görmək olar. Lakin növbəti illərdə alimlərin yerüstü və digər kosmik teleskoplar vasitəsilə aparmış olduqlar müşahidələr nəticəsində məlum oldu ki, qara ləkənin qlobula ilə heç bir əlaqəsi yoxdur. NGC 1999-un mərkəzində olan qara ləkə çox güman ki, kosmik boşluqdur. Yəni onun daxilində heçnə yoxdur. Güzgü dumanlığının mərkəzində sözügedən boşluğun necə yaranması isə hələ ki, bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×