main-post-cover

    Hubble teleskopu güclü kosmik partlayışın nəticələrini əks etdirən fotonu əldə edib

    Süni İntellekt
    09.05.2022
    Farid Pardashunas
        Hubble kosmik teleskopu tərəfindən əldə edilmiş fotoda çox güclü kosmik partlayışın nəticələri əks olunub. Söhbət, supernovanın (digər adı ifrat yeni ulduz) partlayışı nəticəsində qalmış DEM L249 adlı qalıqdan gedir. Astronomların fikirlərinə əsasən bu, la növ supernovanın partlayışı olub. Sözügedən növ supernovanın partlayşı ağ cırtdan ulduzun (soyuyan ulduz) həyat dövrünün son anında baş verir. Ağ cırtdan ulduzların stabil ulduzlar hesab edilmələrinə baxmayaraq, onlar ikili ulduz sistemində yerləşən zaman öz partnyor ulduzunun maddəsini udurlar. Udulan maddə isə müəyyən həddə kimi yığılır və nəticədə la növ supernovanın çox güclü partlayışı baş verir.
        Qeyd etmək lazımdır ki, la növ ulduzlar supernovaların alt kateqoriyasına daxil olan ulduzlardır. Bu cür partlayış nəticəsində kosmosa yüksək miqdarda maddə ifraz edilir və nəticədə DEM L249 adlı obyektə bənzər qalıqlar əmələ gəlir. Supernova partlayışı nəticəsində qalmış DEM L249 adlı qalıq Masa adlı bürcdə yerləşir. Sözügedən bürc özündə 24 ədəd ulduzu birləşdirir. Bu bürcün sərhədləri daxilində Süd Yolu qalaktikasının peyki rolunda çıxış edən Böyük Magellan buludu adlı qalaktikanın (cırtdan qalaktika) bir hissəsi yerləşir. Böyük Magellan buludu Süd Yolu qalaktikasından təqribi olaraq 160.000 işıq ili uzaqlığında yerləşir.
    Böyük Magellan buludu:
        Alimlər supernova qalığının fotosunu nəticədə supernovaya çevrilmiş ağ cırtdan ulduzların peykləri rolunda çıxış etmiş partnyor ulduzların axtarışları çərçivəsində əldə ediblər. Bu axtarış prosesi məhz Böyük Magellan buludu qalaktikası üzrə aparılıb. Belə ki, sözügedən qalaktikada ulduzların yaranmaları, təkamülləri və məhv olmalarını müşahidə etmək daha asandır. Alimlərin sözügedən qalaktikya böyük maraq göstərmələrinin səbəbi ondan ibarətdir ki, o, Süd Yolu qalaktikasına nisbətən yaxın məsafədə yerləşir və onun daxilində ulduzalararası toz az miqdardadır. Bu isə öz növbəsində bu qalaktikadakı obyektlərin müşahidələrini sadələşdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər