Hubble teleskopu Günəş sisteminə bənzəyən digər ulduz sistemində planetlərin formalaşdığını aşkar edib

Hubble teleskopu Günəş sisteminə bənzəyən digər ulduz sistemində planetlərin formalaşdığını aşkar edib

Süni zəka və Elm
09.05.2023 PAYLAŞIM

    Alimlər Hubble teleskopu vasitəsilə 2016-cı ildən 2021-ci ilə kimi çəkilmiş fotoları analiz edərək belə qənaətə gəliblər ki, bizə yaxın olan ulduz sistemlərindən birində yeni planetlər formalaşırlar. Bu proses Günəş sistemindən 196 işıq ili uzaqlığında yerləşən Hidra bürcündə baş verir. Yeni planetlər TW Hydrae adlı ulduzu əhatə edən toz və qazdan formalaşırlar. Avropa Kosmik Agentliyinin (ESA) mütəxəssisi John Debes-in sözlərinə əsasən ulduz ətrafında dövr edən iki kölgə əslində görünməyən iki planetdir. Müşahidə olunan sistem Günəş sisteminə bənzəyir.


    TW Hydrae adlı ulduz bizim Günəşdən 50 dəfə daha cavan və 20% daha yüngüldür. Lakin onun radiusu Günəşin radiusundan 11% daha böyükdür. Müşahidə edilən ulduz sistemi Yer kürəsinə tərəfə 90 dərəcə bucaq altında əyildiyi üçün alimlər ulduz ətrafındakı materiyanı analiz edə biliblər. Alimlərin fikirlərinə əsasən həmin ulduz sistemindəki iki planet ilə TW Hydrae arasındakı məsafə Yupiter ilə Günəş arasındakı məsafəyə bərabərdir. Bundan əlavə olaraq onların diskləri 5-7 dərəcə bucaq altında əyilmiş şəkildədirlər. Bu isə Günəş sistemi üçün xarakterik olan bir özəllikdir.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×