Hüceyrələrdə gizlənmiş QİÇS virusunun tamamilə məhv edilməsi üzrə yeni üsul kəşf edilib

Hüceyrələrdə gizlənmiş QİÇS virusunun tamamilə məhv edilməsi üzrə yeni üsul kəşf edilib

Süni zəka və Elm
10.02.2021 PAYLAŞIM

    Müasir tibb QİÇS virusuna yoluxmuş xəstələrə həyatlarının sonunadək müxtəlif növ dərmanların qəbulunu təklif edir. Lakin o, orqanizmdə QİÇS-i tamamilə məhv etmək gücünə hələki sahib deyil. Buna baxmayaraq ABŞ-dan olan mütəxəssislər immun sisteminin hüceyrələrdə gizlənmiş QİÇS virusunu aşkar etməyə və onu aradan qaldırmağa imkan verən alətlərin aktivləşdirilməsinə gətirib çıxardan yeni üsul kəşf ediblər. İlk klinik təcrübələr onu göstəriblər ki, yeni üsul yatmış QİÇS-dən yoluxmuş hüceyrələri təmizləməyə imkan verir. Bu barədə New Atlas saytı xəbər verib. Artıq uzun illər ki, QİÇS diaqnozu heç də ölüm hökmü hesab edilmir. Belə ki, yaradılmış antivirus dərmanlar bu virusun yayılmasının qarşısını alırlar. Bu isə öz növbəsində xəstələr üçün normal həyata qayıtmağa şərait yaradır.

Lakin bu virus yoluxmuş hüceyrələrdə qalmağa davam edir və gündəlik dərman qəbulunun dayandırılması halında yenidən baş qaldırır.

    Aparılmış yeni tədqiqatlar yaxın gələcəkdə orqanizmdə QİÇS virusunun tamamilə məhv edilməsinin mümkün olacağına ümid verir. Vaşinqton Universitetinin alimləri tərəfindən yaradılmış yeni üsul CARD8 adlı inflammasoma üzərində qurulub. Bu, immun sisteminin siqnalizasiyası rolunda çıxış edir və QİÇS proteazının zülalını aşkar edərək onun məhvi üçün onu işarələyir. Məsələ burasındadır ki, QİÇS virusu hiyləgərdir və aşkar olunmaqdan yayınmağı yaxşı bacarır. Belə ki, virus hüceyrəyə daxil olan zaman o bu zülalı deaktivləşdirir və adətən immun hüceyrələrdən ayrılandan sonra onu aktiv hala salır. Bu halda CARD8 onu aşkar edə bilmir.


Tədqiqatçılar isə virusun hüceyrədə olduğu və CARD8-in immun sistemini yoluxma barədə xəbərdar etməyə imkanı olduğu zaman bu zülalı aktivləşdirmək üsulunu tapıblar.

    Bu üsul ilə xəstə şəxsin orqanizmini yatmış QİÇS-dən tamamilə qurtarmaq olar. Bundan əlavə olaraq QİÇS proteazını yenidən aktivləşdirən dərmanlardan biri olan efavirenz bu xəstəliyin müalicəsində aktiv şəkildə test olunur. İnsan hüceyrələri üzərində aparılmış təcrübə onu göstərib ki, bu üsul virusun məhv olunması öhdəliyini yerinə yetirir. Bu üsul həmçinin QİÇS-in bütün dünyada yayılmış alt növlərinə qarşı da effektivdir. Növbəti mərhələdə heyvanların orqanizmləri təcrübədən keçəcəklər. Daha sonra isə klinik təcrübələrə start vermək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Harvard Universiteti yadplanetli texnologiyaların axtarışı üçün Galileo adlı lay..

Tədqiqatçılardan ibarət beynəlxalq qrup Harvard Universitetinin astronomlarının rəhbərliyi altında G..


Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'..

İsveçrədən olan alimlər aşkar ediblər ki, keçən il Sibirdə, bu il isə Kanadanın qərb hissəsində müşa..


NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək..

NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata ..


Alimlər Mars planetinin daxili strukturunu öyrənə biliblər

NASA özünün InSight missiyasının 2 illik işindən sonra Mars planetinin daxili strukturunu öyrənə bil..


İqlim dəyişikliyi bir çox ölkənin balıqçılıq sahəsinə ciddi zərər vuracaq..

Əhalini balıqçılıq sayəsində qida ilə təmin edən ölkələrdə iqlim dəyşiklikləri balıqların saylarının..


Buludlar qlobal istiləşmə prosesini gücləndirəcəklər

Peyklər vasitəsilə əldə olunmuş fotoların yeni növ analizi buludların qlobal istiləşməyə təsirləri b..

×