Logo
    main-post-cover

    Hugging Face 13 milyard dollara satıla bilər

        Hugging Face-in satılması ilə bağlı danışıqlar apardığı bildirilir. Business Insider-in məlumatına görə, şirkət 13 milyard dollar və ya daha yüksək qiymətləndirmə ilə satınalma təklifləri alıb. Hələlik Hugging Face-i almaqda hansı şirkətlərin maraqlı olduğu açıqlanmır və tərəflər arasında yekun razılaşma əldə edilməyib. Bildirilir ki, Hugging Face daxil olan təklifləri qiymətləndirmək üçün banklarla da danışıqlar aparır. Hugging Face süni intellekt ekosistemində xüsusi əhəmiyyət daşıyır. Platforma proqramçılara və tədqiqatçılara süni intellekt modellərini paylaşmağa, tapmağa, sınaqdan keçirməyə və tətbiq etməyə imkan verir. Minlərlə açıq mənbəli AI modeli və dataset platformada yerləşdirildiyindən Hugging Face faktiki olaraq müasir süni intellekt infrastrukturunun əsas mərkəzlərindən birinə çevrilib.
    Hugging Face: Founders, Funding, and Business Model
        Mümkün satış xəbərləri süni intellekt infrastrukturu ilə məşğul olan şirkətlərə marağın artdığı bir dövrə təsadüf edir. Hugging Face-in özü isə sonuncu dəfə 2023-cü ildə investisiya cəlb edib. Salesforce Ventures-in rəhbərlik etdiyi həmin investisiya raundunda şirkət 4,5 milyard dollar dəyərində qiymətləndirilmişdi. Alphabet, GV və IBM Ventures kimi şirkətlər də raundda iştirak etmişdi. Beləliklə, əgər Hugging Face 13 milyard dollarlıq qiymətləndirmə ilə satılarsa, şirkətin dəyəri cəmi üç il ərzində təxminən 3 dəfə artmış olacaq.
        Maraqlıdır ki, Hugging Face bu ilin əvvəlində NVIDIA-nın 500 milyon dollarlıq investisiya təklifini rədd etmişdi. Həmin investisiya şirkəti 7 milyard dollar dəyərində qiymətləndirəcəkdi. Hugging Face qərarını bir böyük investorun şirkətin gələcək qərarlarına həddindən artıq təsir göstərməsini istəməməsi ilə əsaslandırmışdı. Şirkətin baş direktoru Clem Delangue də yaxın zamanda Hugging Face-in maliyyə vəziyyətinin kifayət qədər yaxşı olduğunu açıqlamışdı. Onun sözlərinə görə, şirkət gəlirliliyə yaxınlaşıb və üç il əvvəl cəlb etdiyi investisiyanın vəsaitlərini yalnız bu yaxınlarda istifadə etməyə başlayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...