IBM OpenAI ilə böyük tərəfdaşlığa başlayır
Süni İntellekt
14.08.2026
Sevinj
IBM korporativ süni intellekt bazarında mövqeyini gücləndirmək üçün OpenAI ilə genişmiqyaslı tərəfdaşlıq elan edib. Əməkdaşlıq çərçivəsində OpenAI-ın süni intellekt modelləri və alətləri IBM-in qlobal konsaltinq şəbəkəsi vasitəsilə böyük şirkətlərə və dövlət qurumlarına təqdim ediləcək. Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. IBM və OpenAI süni intellekt həllərini birlikdə bazara çıxaracaq, həmçinin maliyyə xidmətləri, dövlət sektoru, telekommunikasiya və pərakəndə satış kimi sahələr üçün xüsusi həllər hazırlayacaqlar.
Razılaşmanın əsas hissələrindən biri IBM Consulting daxilində OpenAI üzrə ayrıca komandanın yaradılmasıdır. IBM qarşıdakı aylarda on minlərlə konsultantını OpenAI texnologiyaları üzrə təlimdən keçirərək sertifikatlaşdırmağı planlaşdırır. Söhbət əsasən mövcud əməkdaşların yenidən hazırlanmasından gedir. Təlimlər OpenAI Codex, API, kibertəhlükəsizlik və şirkətlər üçün süni intellekt həllərinin hazırlanması kimi istiqamətləri əhatə edəcək. Bundan başqa, OpenAI-ın Partner Network proqramı vasitəsilə xüsusi hazırlıq keçmiş “Forward Deployed Experts” mütəxəssislərindən ibarət ayrıca qrup yaradılacaq.
IBM həmçinin GPT-5.6, Codex və ChatGPT Work daxil olmaqla OpenAI-ın ən son məhsullarını IBM Consulting Advantage platformasına inteqrasiya edəcək. Bu platformadan IBM konsultantları müştərilərin əsas biznes proseslərinə süni intellekt tətbiq etmək üçün istifadə edirlər.
Paylaş
