İndoneziya Grok qadağasını ləğv etdi
Süni İntellekt
02.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, İndoneziya hökuməti Grok çatbotuna tətbiq etdiyi qadağanı aradan qaldırıb. Qadağa Grok-un razılıq olmadan qadınlar və uşaqlar daxil olmaqla milyonlarla deepfake görüntülər yaratması səbəbilə tətbiq olunmuşdu. Ölkənin Rabitə və Rəqəmsal Məsələlər Nazirliyi bildirib ki, X platformasına İndoneziyada yenidən fəaliyyət göstərməyə icazə verilsə də, Grok ciddi nəzarət altında olacaq.
Nazirliyin Rəqəmsal Məkan Nəzarəti üzrə baş direktoru Aleksandr Sabarın sözlərinə görə, X şirkəti Grok-un sui-istifadəsinin qarşısını almaq üçün görülən yeni təhlükəsizlik tədbirlərini əks etdirən rəsmi məktub təqdim edib. Dövlət qurumu bu tədbirləri davamlı şəkildə sınaqdan keçirəcək və əgər Grok yenidən qanunsuz məzmun yayarsa və ya uşaqların qorunması ilə bağlı qanunları pozarsa, çatbot yenidən bloklanacaq.
Paylaş