Logo
    main-post-cover

    İndoneziya və Malayziya Grok-u blokladı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, İndoneziya və Malayziya hökumətləri Grok adlı süni intellekt çatbotuna müvəqqəti blok tətbiq edib. Buna səbəb Grok-un istifadəçilərin sorğularına cavab olaraq deepfake görüntülər yaratmasıdır. Rəsmilər bu cür məzmunu insan hüquqlarının və rəqəmsal təhlükəsizliyin ciddi pozuntusu kimi qiymətləndirir.
    Indonesia and Malaysia block X's Grok due to sexualized images - Nikkei Asia
        İndoneziyanın rəqəmsal kommunikasiya naziri bu cür deepfake-lərin vətəndaşların ləyaqətinə zidd olduğunu bildirib və X nümayəndələrinin nazirliyə çağırıldığını açıqlayıb. Malayziya hökuməti də oxşar qərarla Grok-a girişi dayandırıb.
        Digər ölkələr isə fərqli addımlar atır:
    • Hindistan xAI-dan qeyri-etik məzmunun qarşısını almağı tələb edib.
    • Avropa Komissiyası Grok-la bağlı bütün sənədlərin saxlanılmasını əmr edib (mümkün istintaq üçün).
    • Böyük Britaniyada tənzimləyici qurum Ofcom məsələni araşdırmağa başlayıb və Baş nazir bu addımı açıq şəkildə dəstəkləyib.
        ABŞ-də isə hökumət hələlik səssiz qalır. Bunun fonunda bəzi demokrat senatorlar Apple və Google-dan X platformasının tətbiqlərdən silinməsini istəyib.
    Paylaş