main-post-cover

    İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

    Süni İntellekt
    13.05.2021
    Emil Nəcəfov
        Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ yanacaq əsasında çalışır. Söhbət, informasiyadan gedir. Bu mühərrik mikroskopik hissəciklərin xaotik titrəyişlərini enerjiyə çevirə bilir. Bu cür texnologiya sürətdə və kompüterlər ilə bionanotexnologiyaların qiymətlərində ciddi inkişafa səbəb ola bilər. İnformasiyanın enerjiyə çevrilməsi prinsipinin başa düşülməsi isə real informasiya mühərriklərinin yaradəlmasına yol aça bilər. Bu barədə Phys.org saytı xəbər verib. Bu cür mühərriklər hələ 150 il bundan öncə təklif olunmuşdular. Lakin onların yaradılması yalnız bir neçə müddət bundan öncə mümkün olub.

    Son illərdə aparılmış təcrübələr onu göstəriblər ki, əgər mühərrik ətraf mühitdəki informasiyanı əldə edərək onu faydalı işə çevirə bilirsə, termodinamikanın ikinci qanunu tərəfindən təyin olunmuş sərhədi keçmək mümkündür.

        Belə mühərrikləri informasiya ilə termodinamika arasındakı fundamental əlaqə sayəsində reallaşdırmaq olar. “Biz, informasiya əsasında çalışan mühərrikin nə qədər sürətlə çalışdığını və nə qədər enerji əldə etdiyini öyrənmək istəyirdik. Buna görə də biz belə bir mühərrik yaratdıq” - deyə alimlərdən biri qeyd edib. Mühərriki sistematik analiz edərək və ona uyğun ayarları təyin edərək alimlər onun performansını 10 dəfə yüksəldə biliblər. Yaradılmış informasiya mühərriki suya salınmış mikroskopik hissəcikdən və hərəkətli platformaya bərkidilmiş yaydan ibarətdir. İstilik hərəkəti hissəciyi aşağı və yuxarı istiqamətlərə hərəkət etməyə məcbur edir.
        Alimlər hissəciyin yuxarı istiqamətə hərəkətini təyin edən zaman onlar hərəkətli platformanı da yuxarı istiqamətə hərəkət etdirirlər. Hissəciyin aşağı istiqamətə hərəkəti təyin edildikdə isə alimlər gözləmə halında olurlar. Bu üsul ilə bütün sistem yalnız hissəciyin vəziyyəti barəsində olan informasiyadan istifadə edir. Bu prosesi təkrar etməklə mühərrik hissəciyi yüksək hündürlüyə qaldırıb və müvafiq olaraq hissəciyi bilavasitə itələmədən qravitasiya enerjisinin böyük hissəsini qoruyub saxlaya bilib. Mühərrik sadəcə olaraq təsadüfi temperatur titrəyişləri barəsində olan informasiyadan faydalı iş əldə edərək hissəciyi bir nöqtədən digərinə hərəkət etdirib.
        Sistemin nəzəri analizini aparan zaman alimlər hissəciyin kütləsi ilə yuxarı istiqamətə qalxmanın ortalama zamanı arasında maraqlı nisbətə rast gəliblər. Daha ağır hissəciklər daha çox qravitasiya enerjisi yığa bilirlər. Buna görə də onların hündürlüyə qalxmaları bir qədər uzun zaman alır. Bu kəşfdən istifadə edərək onlar informasiya mühərrikinin özəlliklərini optimizasiya ediblər. Nəticədə alimlər canlı hüceyrələrin molekulyar aparatları ilə müqayisə olunacaq güc və sürətlə üzən bakteriyalar ilə müqayisə olunacaq sürət əldə edə biliblər.
    Linki kopyala