main-post-cover

    İnsan beynində və ürəyində mikroplastik hissəciklər aşkar edilib

    Süni İntellekt
    14.08.2023
    Farid Pardashunas
        Cənubi Koreyanın Tequ Könbuq Elm və Texnologiyalar İnstitutunun mütəxəssisləri ürək toxumalarında və beyində mikroplastik hissəciklər aşkar ediblər. Məlum olub ki, bu öz növbəsində xroniki iltihablara və vacib orqanların digər ciddi patoloji xəstəliklərinə yol aça bilər. Mütəxəssislər 15 nəfərdə keçirilmiş ürək əməliyyatı zamanı onların ürək toxumalarının nümunələrini və əməliyyatdan əvvəl və sonra qan nümunələrini götürüblər. Daha sonra mütəxəssislər əldə edilmiş nümunələri infraqırmızı diapazonda analiz edərək onların tərkiblərində 20 mikrometrdən 500 mikrometr ölçüyə qədər mikroplastik hissəciklər aşkar ediblər.
        Aşkar edilmiş hissəciklər 8 növ plastik materiala aid olub. Götürülmüş qan nümunələrində də eynilə mikroplastik hissəciklər aşkar edilib. Növbəti mərhələdə mütəxəssislər təbii şəraitdə parçalanan mikroplastikin beyinə zərər yetirib-yetirmədiyini təyin etmək istəyiblər. Bunun üçün mütəxəssislər parçalanmış mikroplastik hissəcikləri 7 gün ərzində ultrabənövşəyi şüalanmaya və fiziki təsirə məruz qoyaraq təbii aşınma prosesini reallaşdırıblar. Daha sonra onlar 1 həftə ərzində gündə bir dəfə bir qrup siçanlara adi mikroplastik, digər qrup siçanlara isə təbii aşınma prosesindən keçmiş mikroplastik yeridiblər.
        Məlum olub ki, aşınma prosesindən keçmiş mikroplastikin yeridildiyi siçanlarda neyrodegenerativ xəstəliklərlə və hüceyrələrin məhv olmaları ilə bağlı olan iltihab zülallarının sayı artıb. Üstəlik siçanların xarici beyin toxumalarında iltihaba qarşı zülalların sayında azalma müşahidə olunub. Başqa sözlə desək, aşınma prosesinə məruz qalmış mikroplastikin adi mikroplastikdən daha zərərli olduğu ortaya çıxıb. "Aparılmış analizlər sayəsində biz ilk dəfə təyin etdik ki, ətraf mühitə düşmüş plastik materiala sürətlə aşınma prosesindən keçərək ikinci dərəcəli mikroplastikə çevrilir. O isə öz növbəsində beyin hüceyrələrinin məhv olmasına səbəb ola biləcək neyrotoksik maddə kimi çıxış edə bilər" - deyə mütəxəssislər qeyd ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər