
İnsan əlini belə, xətasız şəkildə yarada bilən FLUX süni intellekt aləti təqdim edilib!
Süni İntellekt
05.08.2024
Aslan
Süni intellekt startapı Black Forest Labs tərəfindən təqdim edilən FLUX.1 adlı süni intellekt görüntü generatoru, insan əllərini xətasız şəkildə yarada və fotorealist səhnələr hazırlaya bilir.
Black Forest Labs, bu yaxınlarda 3 ədəd FLUX.1 mətndən-şəklə modelini təqdim edib: yüksək səviyyəli kommersiya "pro" versiyası, qeyri-kommersiya məqsədləri üçün açıq çəkilərə malik orta səviyyəli "development" versiyası və daha sürətli açıq "schnell" versiyası. Şirkət, onun modellərinin şəkil keyfiyyəti və mətn əmrlərini doğru şəkildə yerinə yetirəməsi kimi sahələrdə Midjourney və DALL-E kimi rəqiblərindən daha yaxşı olduğunu söyləyir.

FLUX.1 modelləri, şirkətin transformator və diffuziya texnikalarını birləşdirən və 12 milyard parametrə qədər ölçən "hibrid arxitektura" adlandırdığı modeldən istifadə edir. FLUX.1 modelləri, digər süni intellekt modellərinin əksəriyyətinin zəif olduğu insan əli ilə də böyük iş görür. Əvvəlcə bütün süni intellektlər, insan əlini yaratmaqda daha aşağı səviyyədə idi, lakin bu gün Midjourney kimi alətlər insan əlini yaratmaqda olduqca inkişaf etmiş bir vəziyyətdədir. FLUX.1 isə açıq model olduğundan, insan əlindəki ustalığı bir az daha çox önəm kəsb edir.

Black Forest Labs, süni intellekt sahəsində yeni şirkət olsa da, gələcəkdə şirkətin adını daha tez-tez eşidə bilərik. Bazara üst seqmentdən sürətlə daxil olan şirkət, tezliklə mətndən videoya SOTA adlı süni intellektini təqdim edəcək. SOTA, günümüzün məşhur AI-ləri ilə rəqabət aparacaq: OpenAI Sora, Runway Gen3-Alpha və ya KLING. Aşağıdakı qalereyada daha çox FLUX.1 nümunələri ilə tanış ola bilərsiniz.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
