main-post-cover

    İnsan həyatının davamlılıq limiti 150 il təşkil edir

    Süni İntellekt
    26.05.2021
    Farid Pardashunas
        İnsanlardan ibarət 3 böyük könüllü qrupunu əhatə etmiş yeni tədqiqat onu göstərib ki, insan xərçəng, ürək-damar və ya digər xəstəliklərə tutulmasa da onun orqanizmi çalışma müddəti üzrə limitə sahibdir. Tədqiqat nəticəsində məlum olub ki, bu limit 120 ildən 150 ilə kimi təşkil edir. Bu cür nəticələr alimləri qocalma prosesi ilə bağlı fundamental suallara geri qaytarırlar. Belə ki, qocalma prosesi hələ ki, elmə insanların talelərini dəyişmək imkanını vermir. Alimlər özlərinə sual veriblər ki, əgər insan öz həyatı boyunca əlverişli şəraitdə yaşasaydı, stress kimi özəlliklərdən azad olsaydı və xərçəng, ürək-damar və ya digər ciddi xəstəliklərə tutulmasaydı, o, neçə il ərzində yaşaya bilərdi?
        Beləliklə alimlərin apardıqları tədqiqatların nəticələri onu göstərib ki, belə halda insan həyatının maksimal müddəti 120 ildən 150 ilə kimi təşkil edərdi. Bu onunla əlaqələndirilib ki, həmin yaşa kimi orqanizm artıq bərpa olunmaq özəlliyini tamamilə itirir. Tədqiqat çərçivəsində alimlər ABŞ-dan, Böyük Britaniyadan və Rusiyadan olan könüllü insanlardan ibarət 3 böyük qrupu analiz ediblər. Səhhətin stabil vəziyyətində olan pozulmaları qiymətləndirmək üçün mütəxəssislər qan hüceyrələrinin sayı ilə gün ərzində atılmış addımların sayını təyin ediblər. Daha sonra isə onlar əldə olunmuş nəticələri yaş qrupları üzrə qarşılaşdırıblar.

    “Biz belə bir nəticəyə gəldik ki, orqanizmin daxili bioloji özəllikləri həyat dövrünün sonunu gətirirlər. Həmin özəlliklər stress faktorlarından asılı deyillər və insan həyatının davamlılığının tam limitini əks etdirirlər” - deyə mütəxəssislər qeyd ediblər.

        Alimlər müşahidə ediblər ki, yaş artdıqca xəstəlikdən əlavə hansısa faktor tədricən orqanizmin qan hüceyrələrini və yeriş tərzinin stabil balanslaşdırılmış vəziyyətini geri qaytarması imkanını aşağı salır. Nəticələr ona əsaslanır ki, gərginliklərdən (yuxusuzluq, yorğunluq, soyuqdəymə və s.) bərpa olma sürəti orqanizmin dinamik sabitliyini xarakterizə edir. Alimlər təyin ediblər ki, 40 yaş göstəricisində bərpa olma sürəti 2 həftə təşkil edir. 40-80 yaş aralığında olan göstəricilərdə isə bərpa olma sürəti 2 həftədən 8 həftəyə kimi təşkil edir. Beləliklə 120-150 yaşına kimi insan bərpa olma özəlliyini tamamilə itirməlidir.
        Bu səbəbdən də istənilən stress ölümcül ola bilər. Əgər nəzərə alsaq ki, həyat davamlılığının əsas tənzimləyicisi orqanizmin bərpa olma imkanını itirməsi ilə əlaqəlidir, deməli alimlər qocalma prosesinin qarşısını almayınca, xəstəliklərin heç bir müalicə alətləri insan həyatının davamlılığını artıra bilməyəcəklər. Digər tərəfdən alimlər orqanizmin stabilliyinin itirilməsi probleminin həll olunmasında heç bir maneə görmürlər. Buna görə də növbəti tədqiqatlar bu prosesin dərindən analizinə yönləndiriləcək. Qeyd etmək lazımdır ki, indiyənə kimi Yer üzündə yaşamış ən uzunömürlü şəxs Jeanne Clament adlı fransız qadındır. O, 1997-ci ildə 122 yaşında vəfat edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər