Reklam
İnsan sivilizasiyası Kardaşev şkalası üzrə I tip sivilizasiya səviyyəsinə nə zaman çatacaq?

İnsan sivilizasiyası Kardaşev şkalası üzrə I tip sivilizasiya səviyyəsinə nə zaman çatacaq?

Süni zəka və Elm
22.04.2022 PAYLAŞIM

    Kaliforniya Texnologiya İnstitutunun alimləri öz yeni elmi işlərində bizim sivilizasiyanın Kardaşev şkalası üzrə I tip sivilizasiyaya uyğun gələn texnoloji inkişaf səviyyəsinə çatıb-çatmayacağını öyrənməyə çalışıblar. İnsan sivilizasiyasının inkişaf səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bizim nə qədər enerji istehlak etmə bacarığımıza əsaslanır. Əgər enerji istehlakını bizim ən faydalı bacarıqlarımızdan biri kimi qəbul etsək, o zaman kainatdakı digər sivilizasiyaların da həmin bacarıqlara sahib olduqlarını güman etmək olar. Bu isə öz növbəsində sivilizasiya tərəfindən enerji istehlakının onun texnoloji inkişaf səviyyəsini təyin edən göstəricidir. Kardaşev şkalası da məhz bu prinsipə əsaslanır. Sözügedən şkala SSRİ astrofiziki Nikolay Kardaşev tərəfindən 1964-cü ildə yaradılıb. Öz şkalasında Kardaşev sivilizasiyaları 3 tipə bölüb:

- I tip sivilizasiya: Bu cür sivilizasiya öz planetinə doğma ulduzundan gələn enerji miqdarına bərabər olan miqdarda enerji istehlak etməyi bacarır


- II tip sivilizasiya: Bu cür sivilizasiya öz ulduzunun bütün enerjisini istifadə edə bilir

- III tip sivilizasiya: Bu cür sivilizasiya elə bir inkişaf səviyyəsinə çatıb ki, o, öz doğma qalaktikasının bütün enerjisindən istifadə edə bilir.

Kardaşev şkalası üzrə müxtəlif tip sivilizasiyaların müqayisəsi və onların istehlak etdikləri enerjinin vatt üzrə səviyyələri:

İnsanlıq I tip sivilizasiya səviyyəsinə necə çata bilər?

    “İnsanların böyük miqdarda enerjidən istifadə etmələrinə baxmayaraq, biz hətta I tip sivilizasiyaya da daxil deyilik” - deyə Kaliforniya Texnologiya İnstitutunun alimi Jonathan Jiang qeyd edib. Yer kürəsinə təqribi olaraq 10 üstü 16 vatt həcmində Günəş enerjisi gəlib çatır. Lakin bizim sivilizasiya onun 10 üstü 13 vatt həcmini istifadə edir. Buna görə də alimlər özlərinə belə bir sual veriblər: Ümumiyyətlə biz Kardaşev şkalası üzrə I tip sivilizasiya səviyyəsinə çata bilərikmi? “Digər tərəfdən enerji istehlakının lazımi səviyyəsinə həmin enerjinin Yer kürəsində prioritetli istehsalı vasitəsilə çatmaq olar. Çünki bütün Günəş enerjisini əldə etmək və eyni zamanda Yer kürəsini həyat üçün münbit şəraitdə saxlamaq mümkün deyil” - deyə Jonathan Jiang qeyd edib. Aparılmış tədqiqatlar çərçivəsində alimlər 3 əsas enerji mənbəyini araşdırıblar:

- Qalıq yanacaq növündən əldə edilən enerji

- Atom elektrostansiyalarından əldə edilən enerji

- Bərpa olunan enerji mənbələri.

    “Əgər biz bütün qalıq yanacaq növlərini yandırsaq, iqlim elə sərt şəkildə dəyişəcək ki, bu, insan sivilizasiyasının məhvinə səbəb olacaq. Müvafiq olaraq əgər siz mövcud deyilsinizsə, deməli I tip sivilizasiya səviyyəsinə çatmaqdan söhbət belə gedə bilməz” - deyə Jonathan Jiang bildirib.

Biz nə zaman I tip sivilizasiya səviyyəsinə çata bilərik?

    Bununla belə alimlər iddia edirlər ki, iqlim dəyişikliklərindən yan keçmək yolunda Yer kürəsindəki enerji mənbələrindən düzgün istifadə sayəsində I tip sivilizasiya səviyyəsinə çatmaq olar. Lakin bu, 2371-ci ildən tez baş verməyəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×