İnsan sivilizasiyasını məhv edə biləcək kosmik təhlükələr

İnsan sivilizasiyasını məhv edə biləcək kosmik təhlükələr

Süni zəka və Elm
15.11.2022 PAYLAŞIM

    Bizim planetimiz daimi şəkildə müxtəlif kosmik təsirlərə məruz qalır. Məsələn Günəş hissəciklərinin Yer kürəsinə daimi axını planetimizdə geomaqnit qasırğalarını yaradır. Lakin elə kosmik hadisələr var ki, onlar ani şəkildə baş verə və insan sivilizasiyasını məhv etməsələr də, planetimizə ciddi zərər vura bilərlər. Bu cür kosmik hadisələrin siyahısını sizlərə təqdim edirik.

Qamma partlayışlar:

    Alimlər qamma partlayışları yüksək enerjili şüalanmaların böyük həcmdə ifaz edilməsi kimi təyin edirlər. Bu cür şüalanma iki neytron ulduzun, iki qara dəliyin və ya qara dəliklə neytron ulduzunun toqquşması nəticəsində baş verə bilər. Bununla yanaşı qamma şüalanma supernova partlayışları zamanı da əmələ gələ bilir. Sözügedən partlayış böyük ölçülü ulduzun öz həyat dövrünü sonlandırması və nəticədə çox kiçik ölçüyə kimi sıxılması zamanı baş verir. Bu vəziyyətdə ulduz kosmosa öz xarici laylarını buraxır. Nəticədə ya neytron ulduz ya da qara dəlik əmələ gəlir.


    Avropa Kosmik Agentliyinin (EKA) alimlərinin sözlərinə əsasən hal hazırda mövcud olan fərziyyələrə əsasən bu cür qamma partlayış şüalanmanın yayılma istiqaməti üzrə 200 işıq ili məsafəsində olan istənilən kosmik obyekti məhv edə bilər. Başqa sözlə desək, əgər bizim planetimizdən 200 işıq ili uzaqlığında hansısa qamma partlayışın mənbəyi olsa, deməli bizim planetimiz məhv olacaq. Digər fərziyyələrə əsasən isə bu cür şüalanma planetimizi məhv etməsə də, onun ozon qatını yox edəcək. Bu isə Günəş şüalanmasının Yer kürəsinə təsirini artıracaq. Nəticədə insanlarda daha çox xərçəng xəstəliyi əmələ gələcək və bununla yanaşı insanların DNT strukturları dəyişəcək.

    EKA mütəxəssislərinin verdikləri məlumata əsasən bizim qalaktikada çoxlu sayda supernova qalıqları mövcuddur. Bu isə o deməkdir ki, bu cür qamma partlayışlar əvvəllər daha çox baş verib. Lakin alimlərin sözlərinə əsasən Yer kürəsindən 200 işıq ili məsafəsində elə bir ulduz yoxdur ki, o, yaxın zamanda supernova partlayışını reallaşdırsın. Digər tərəfdən alimlər düşünürlər ki, bizim planetimiz artıq dəfələrlə qamma şüalanmanın təsirinə məruz qalıb və bu, təqribi olaraq hər 5 milyon ildən bir baş verib. Bu isə o deməkdir ki, Yer kürəsinin tarixi ərzində o, təqribi olaraq 1000 dəfə qamma şüalanmanın təsirinə məruz qalıb.

Supernova partlayışı:

    Supernova partlayışlarının digər təhlükəli tərəfləri ondan ibarətdir ki, bu cür partlayışlar nəticəsində həmçinin böyük həcmdə rentgen şüalanmaları ifraz edilir. Alimlərin fikirlərinə əsasən partlayışdan sonra qalan qaz və toz buludundan çıxan rentgen şüalanması da insanlar üçün böyük təhlükə mənbəyinə sahib ola bilərlər. Mütəxəssislərin sözlərinə əsasən ən təhlükəli hal ondan ibarət ola bilər ki, Yer kürəsindən 160 işıq ili məsafəsində rentgen şüalanmasının mənbəyi mövcud olsun.

    Bu halda da planetimizin ozon qatı tamamilə məhv ola bilər. Alimlər planetimizdə milyonlarla il bundan öncə bu cür kosmik hadisənin Yer kürəsinə təsiri üzrə bəzi sübutlar aşkar ediblər. Hal hazırda məlumdur ki, Günəş sistemi kosmosun “Yerli köpük” adlı sahəsində yerləşir. Bu, ulduzlararası məkanda seyrəkləşmiş isti qazdan ibarət sahədir. Sözügedən sahə təqribi olaraq 15 milyon il bundan öncə 15 supernova partlayışı nəticəsində yaranıb. Yəni həmin partlayışlar potensial olaraq rentgen şüalanması vasitəsilə Yer kürəsinin atmosferinə ciddi zərər vermiş ola bilərlər.

İlkin qara dəliklər:

    Qara dəliklər çox müəmmalı kosmik obyektlərdir. Onların hadisələr üfüqi adlı nöqtələrindən hətta işıq belə geri qayıda bilmir. Alimlərin çoxu düşünür ki, qara dəliklər kainatın əvvəlində yarana bilməzlər. Belə ki, alimlərin fikirlərinə əsasən ilkin qara dəliklər ilk ulduzların partlayışları nəticəsində yaranıblar. Lakin Stiven Hokinq də daxil olmaqla bəzi fiziklər keçən əsrin ikinci yarısında güman etmişdilər ki, qara dəliklər Böyük partlayışdan az müddət sonra yaranmış ola bilərlər. Yəni onlar düşünürdülər ki, fəzanın müəyyən sahələri çox kiçik ölçülərə kimi sıxılaraq ilkin qara dəlikləri yaratmış ola bilərlər.

    Bu fərziyyənin tərəfdarlarının fikirlərinə əsasən məhz ilkin qara dəliklərin daxilində kainatın böyük hissəsini təşkil edən müəmmalı qaranlıq materiya mövcuddur. Bundan əlavə olaraq həmin alimlər düşünürlər ki, ilkin qara dəliklər kainatdakı ilk ulduzlar ilə qalaktikaların yaranmalarınaa töhfə veriblər. İlkin qara dəliklər hələ ki, sadəcə bir fərziyyədir. Alimlərin sözlərinə əsasən bu cür ilkin qara dəliklər kainatdakı müəmmalı qaranlıq materiyanın müəyyən hissəsini təşkil edə və potensial olaraq Yer kürəsi ilə toqquşa bilərlər. Digər tərəfdən ilkin qara dəliklər çox güman ki, Hokinq şüalanması səbəbilə artıq buxarlanıblar.

    Qeyd etmək lazımdır ki, qara dəlik müəyyən şüalanma ifraz edir və hər dəfə şüalanma ifraz etdikcə o öz kütləsini itirir. Buna görə də bu cür kosmik obyektin diametri 1 km-dən böyük deyil. Sözügedən şüalanma Hokinq şüalanması adlanır. İlkin qara dəliyin Yer kürəsi ilə toqquşma ehtimalı az olsa da, bunun baş verəcəyi halda ilkin qara dəliyin planetdən keçməsi 0.01 millisaniyə çəkəcək və bu hadisə çərçivəsində Yer kürəsindəki bütün insanlar ani şəkildə yanaraq külə çevrilərdilər. Maraqlısı ondadır ki, bu hadisə çərçivəsində Yer kürəsinin özü o qədər də ciddi zərər görməzdi. Sadəcə olaraq planetimizin səthində seysmik aktivlik daha yüksək olacaqdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Azercell-dən SOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək


Çin nüvə reaktoruna sahib Ay bazası inşa etməyi planlaşdırır

Çin Ayın incələnməsi və kəşfiyyatı mövzusunda ABŞ-dan geri qalmaq niyyətində deyil.


Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atıb..

Keçən həftənin sonunda Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza a..


NASA: ‘İnsanlar artıq bu onilliyin sonuna kimi Ayda daimi şəkildə məskunlaşa bil..

NASA-nın Artemis adlı Ay proqramına rəhbərlik edən mütəxəssis Howard Hu-nun sözlərinə əsasən insanla..


Meta-nın elmi süni zəka sistemi istifadəyə veriləndən 48 saat sonra deaktiv edil..

Meta şirkətinin Meta AI şöbəsinin mühəndisləri Galactica adlı süni zəka sistemini yaradıblar...

×