Logo
    main-post-cover

    İnsanlar süni zəka tərəfindən tərtib edilmiş rəsm əsərlərini nə dərəcədə fərqləndirə bilirlər?

    Süni İntellekt
    20.12.2023
    Emil
         ABŞ-da yerləşən Boulinq-Qrin Dövlət Universitetinin alimləri maraqlı bir araşdırma aparıblar. Aparılmış araşdırma çərçivəsində alimlər insanların heç bir ipucu verilmədən insan tərəfindən ərsəyə gətirilmiş rəsm əsərini süni zəka tərəfindən tərtib olunmuş rəsm əsərindən fərqləndirə bilib-bilmədiklərini təyin etməyə çalışıblar. Təcrübə iştirakçılarına müxtəlif rəsm əsərləri təqdim edilib. Onların bir hissəsi insan tərəfindən ərsəyə gətirilib, digər hissəsi isə süni zəka tərəfindən tərtib edilib. Təcrübə iştirakçıları qarşısına qoyulmuş tapşırıq isə təqdim edilmiş rəsm əsərlərinin müəlliflərinin təyin edilməsi olub.
         Bununla belə təcrübə iştirakçılarına rəsm əsərlərinin bir hissəsinin süni zəka tərəfindən tərtib edildiyi məlumatı verilməyib. Aparılmış təcrübənin nəticələrinə əsasən iştirakçılar 50-60% ehtimalda insanlar tərəfindən ərsəyə gətirilmiş rəsm əsərlərini təyin edə biliblər. Bundan əlavə olaraq bu təcrübənin nəticələri onu göstəriblər ki, insanlar digər insanlar tərəfindən ərsəyə gətirilmiş rəsm əsərlərinə daha müsbət yanaşırlar. Mütəxəssislərin fikirlərinə əsasən insanlar süni zəka tərəfindən tərtib edilmiş təsvirlərdə fövqəladə dərə effekti sayəsində şüuraltı səviyyədə müəyyən fərqləri hiss edirlər. Lakin onlar həmin fərqlərin nələrdə hiss edildiyini açıqlaya bilmirlər. Buna baxmayaraq insan tərəfindən yaradılan sənət əsəri onlarda daha müsbət hislər oyadır.
    Paylaş