
İnsayderlər: Microsoft Minecraft-ı real oyunçunun əvəzinə oynayan süni zəka sistemini yaradıb (VİDEO)
Süni İntellekt
21.02.2023
Emil
İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti məşhur Minecraft oyunu üçün nəzərdə tutulmuş süni zəka sisteminin qapalı təqdimatını keçirdib. Söhbət, real oyunçunun əvəzinə Minecraft-ı oynayacaq təkmilləşdirilmiş süni zəkadan gedir. Bu halda real oyunçu süni zəka sisteminə sadəcə olaraq müvafiq əmrləri verəcək. O isə öz növbəsində oyundakı personajı hərəkət etdirə, materialları yığa və s. prosesləri yerinə yetirə bilər. Məlumatda qeyd edilib ki, Minecraft-ın böyük olma özəlliyi süni zəka sisteminə meydan oxuyub.
Məsələn oyunda avtomobilin inşa edilməsi üçün çoxlu sayda üsul mövcuddur. İstifadəçi isə süni zəkaya əmri dəqiq şəkildə verməsə, o, heç də aydın olmayan üsulu seçə bilər. ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti keçən ilin iyun ayında elan etmişdi ki, o öz süni zəka sisteminə Minecraft oynamağı öyrədib. Belə ki, süni zəka real insanların Minecraft-ı necə oynadıqlarını əks etdirən 70 000 saatlıq müxtəlif videolar vasitəsilə təlimatlandırılıb. Nəticədə süni zəka Minecraft-da taxta alətlər və crafting üçün stollar yarada bilib. Məlumatda qeyd edilib ki, Microsoft Minecraft oynamaq üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş süni zəka sistemini oyuna inteqrasiya etmək üzrə hələ ki, heç bir plana sahib deyil.
Paylaş
Bənzər xəbərlər