main-post-cover

    İqlim böhranı insanları iki sinifə ayıracaq

    Süni İntellekt
    12.07.2021
    Farid Pardashunas
        ABŞ Milli Elmlər Akademiyasının üzvü olan ekoloq Peter Gleick-in sözlərinə əsasən yaxın 50 ildə biz, əhalinin su daşqınlarına, quraqlıqlara və ekstremal temperaturlara məruz qalmış regionlardan irimiqyaslı miqrasiyasının şahidi olacağıq. Nəticədə cəmiyyət iki hissəyə bölünəcək: İqlim dəyişikliklərindən canlarını qurtaracaq insanlar və iqlim dəyişikliklərinin nəticələri ilə yaşamaq məcburiyyətində qalacaq insanlar. Bütün dünya üzrə 700 milyona yaxın insan su daşqınlarına və fırtınalara məruz qalan sahilyanı regionlarda yaşayır. 2050-ci ilə kimi həmin insanların sayı milyarda çata bilər.

    Maldiv, Seyşel və Kiribati kimi ada dövlətləri okean səviyyəsinin qalxması nəticəsində xəritədən ümumiyyətlə yox ola bilərlər.

        Əgər okeanın səviyyəsi 1 metr qalxsa, insanlar öz evlərini tərk edərək kontinentin dərinliklərinə miqrasiya etməli olacaqlar. Ölkələr isə trilyonlarla vəsait itkisi yaşayacaqlar. Mərkəzi Amerika və Meksikadan olan qaçqınlar quraqlıqdan və kasıb həyat tərzindən qurtulmaq üçün artıq ABŞ-ın cənub sərhədindən müxtəlif üsullar ilə miqrasiya edirlər. Əgər parnik qazlarının emissiyası aşağı salınmasa, iqlim qaçqınlarının sayı 1 milyarddan çox olacaq. BMT-nin aprel ayında təqdim etmiş olduğu hesabata əsasən iqlim ilə bağlı problemlər və təbii fəlakətlər artıq 20 milyon insanın yaşadıqları yerləri tərk etməsinə səbəb olub.
        Avstraliyalı mütəxəssislərin hesablamalarına əsasən isə 2050-ci ilə kimi onların sayı 1 milyard insan olacaq. BMT-nin iqlim dəyişiklikləri üzrə hökumətlərarası mütəxəssislər qrupu 2019-cu ildə öz proqnozunu təqdim etmişdi. Onlar qlobal istiləşmə ilə mübarizə məsələsində prioritetlərin mümkün qədər tez bir zamanda təyin edilməsini istəmişdilər. Hal hazırda qlobal istiləşmə dinamikasının qalacağı halda qlobal fəlakətlərin qarşısını almaq mümkün olmayacaq. Belə ki, əsrin sonuna kimi dəniz səviyyəsi 1 metr yüksələcək, mərcan rifləri yeni şəraitdə məhv olacaqlar, milyarda yaxın insan isə digər regionlara miqrasiya etməli olacaq. Bu, insan tarixinin ən böyük miqrasiya böhranı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər