main-post-cover

    İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər

    Süni İntellekt
    27.05.2022
    Emil Nəcəfov
        İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var. Lakin danimarkalı tədqiqatçılar sözügedən siyahıya daha bir faktoru da əlavə ediblər. Söhbət, yuxu pozğunluğundan gedir. Bəle ki, gecə saatlarında daha yüksək temperatur səbəbilə insanlar il ərzində 10 saatlıq yuxu prosesindən məhrum ola bilərlər. Kopenhagen Universitetinin alimləri aşkar ediblər ki, bu əsrin sonuna kimi insanlar il ərzində ortalama 50-58 saat daha az yatacaqlar. Yuxu prosesinin insan sağlamlığı üçün vacib olduğunu nəzərə alsaq, onun pozulması həyatın bütün sahələrinə mənfi təsir göstərəcək. İnsanlarda müxtəlif vərdişlərin olduqlarına baxmayaraq alimlərin fikirlərinə əsasən yuxu üçün ən optimal hava temperaturu 15-22 dərəcə Selsi təşkil edir. Bu göstəricidən kənara çıxan istənilən temperatur yuxu prosesini pozur və insanın tez-tez oyanmasına səbəb olur. Bununla belə yuxarı temperatur göstəricisi yuxu prosesinə aşağı temperatur göstəricisindən daha çox təsir göstərir.

    Bədən temperaturu gecə ilə gündüzün əvəzlənməsi ritminə uyur və sutkadakı zamandan asılı olaraq aşağı və ya yuxarı qalxır.

        Bədəndəki temperatur aşağı düşən zaman bədən yuxuya hazırlaşmaq siqnalı qəbul edir. Məməlilərdə proses bu cür reallaşır. Gecələr bədən temperaturu ortalama 1 dərəcə Selsi aşağı olur. Lakin bu zaman isti hava şəraiti mövcuddursa, bədən bunun öhdəsindən gələ bilmir. Məhz bunun nəticəsində yuxu pozğunluğu yaranır. Bu məsələni yaxından araşdırmaq üçün alimlər planet miqyasında təcrübə aparıblar. Belə ki, onlar 68 ölkədən ümumilikdə 47.000 insanın smart qolbaq və fitnes trekerlərinin 10 milyarddan çox göstəricilərini yerli hava və iqlim məlumatları ilə uyğunlaşdırıblar. Təcrübədə iştirak etmiş şəxslər gündəlik adi həyatlarını yaşamağa davam etdikləri üçün təcrübənin nəticələri laboratoriya şəraitində keçirilən təcrübələrdən fərqli olaraq daha təbii yuxu patternlərini əks etdiriblər.

    Beləliklə aparılmış təcrübə onu göstərib ki, 30 dərəcə Selsidən yuxarı temperaturlu gecələr zamanı insanlar hər gecə ortalama 14 dəqiqə daha az yatıblar.

        Bu halda məsləhət görülən 7 saatıq yuxu rejiminin pozulma ehtimalı daha da artıb. Bununla belə insanlar isti hava şəraitindən daha çox soyuq hava şəraitinə daha yaxşı adaptasiya olublar. Bu, aydın məsələdir. Belə ki, yorğanlar kondisionerlərdən daha ucuz başa gəlirlər. Tədqiqatçılar kimlərin kondisionerdən istifadə edib-etmədiklərini bilməsələr də, təcrübə nəticələrinə əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin vətəndaşları isti hava temperaturunun öhdəsindən daha yaxşı gəliblər. Belə ki, kasıb ölkərdə yaşayan insanlardan fərqli olaraq iqtisadi inkişaf etmiş ölkələrdə yaşayan insanların yuxu proseslərinə isti hava şəraiti 3 dəfə daha az təsir göstərib. Bununla yanaşı alimlər təyin ediblər ki, isti ölkələrdə yaşayan insanlar digərləri ilə müqayisədə isti temperaturlu gecələrə heç də daha yaxşı adaptasiya ola bilməyiblər. Mütəxəssislər qlobal iqlim temperaturunun sadəcə əsrin sonunda yüksələcəyini proqnozlaşdırsalar da, artıq indidən bəzi regionlarda isti hava şəraiti insanların yuxularına daha çox təsir göstərir.
    Linki kopyala