İqlim dəyişikliyi bir çox ölkənin balıqçılıq sahəsinə ciddi zərər vuracaq

İqlim dəyişikliyi bir çox ölkənin balıqçılıq sahəsinə ciddi zərər vuracaq

Süni zəka və Elm
21.07.2021 PAYLAŞIM

    Əhalini balıqçılıq sayəsində qida ilə təmin edən ölkələrdə iqlim dəyşiklikləri balıqların saylarının kəskin azalmasına səbəb olacaqlar. Aclıq təhlükəsi altında 10-larla ölkə var. Tədqiqatçılar bildiriblər ki, müxtəlif ölkələrdən olan milyonlarla insan aclıq ilə üz-üzə qala bilər. Belə ki, iqlim dəyişikliyi balıqçılıq sahəsini ciddi təhlükə altına atır. 157 ölkədən olan 800 balıq növünün yaşayış mühiti ilə həyat tərzini özündə birləşdirən yeni proqnozlar iqlim dəyişikliyinin onlara necə təsir göstərdiyini sərgiləyiblər.

    Lankaster Universitetinin alimlərinin rəhbərlikləri altında Böyük Britaniyadan və Kanadadan olan tədqiqatçıların apardıqları analizlər nəticəsində məlum olub ki, iqlim dəyişikliyi dəniz balıqlarından əldə olunan mikroelementlərin insanlara çatdırılması prosesini ciddi təhlükə altına atan əsas faktorlardan biridir. Alimlər təyin ediblər ki, bu halda mikroelementlərin balıqçılıq sahəsindən insanlara çatdırılması prosesi ilk növbədə həssas olandır. Omeqa-3-dən əlavə olaraq balıq dəmir, sink, kalsium A vitamini ilə zəngindir.


    Həyat üçün vacib olan olan bu mikroelementlərin çatışmazlığı isə boy artımının gecikməsi və hamiləlik toksikozu kimi xəstəliklərə yol aça bilər. Qidalandırıcı mikroelementlərin risk altına düşdükləri mənbələrə əsasən tropik ölkələr daxildirlər. Bura həmçinin Şərqi Asiya və Sakit Okean ölkələri (Malayziya, Kamboca, İndoneziya), Sahara səhrasından cənubda olan Afrika ölkələri (Mozambik və s.) daxildirlər. Nəzərə alsaq ki, tropik regionlarda dəmir, kalsium, sink və A vitamini kimi mikroelementlərin çatışmazlığı müşahidə olunur, sözügedən ölkələrdəki balıqçılıq sahəsinin iqlim dəyişikliyinə olan həssaslığı daha yüksəkdir.

    Bundan əlavə olaraq tropik ölkələr iqlim dəyişikliyi səbəbilə balıqçılıq sahəsinin zərər çəkməsinə daha az dözümlüdürlər. Çünki həmin ölkələr balıqçılıq sahəsindən çox asılıdırlar. Belə ki, onlar öz iqtisadiyyatlarını və sakinlərinin qida rasionlarını məhz balıqçılıq sahəsi sayəsində dəstəkləyirlər. Buna görə də bu ölkələr balıqçılıq sahəsinə dəyə biləcək zərərə adaptasiya məsələsində məhdud potensiala sahibdirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Harvard Universiteti yadplanetli texnologiyaların axtarışı üçün Galileo adlı lay..

Tədqiqatçılardan ibarət beynəlxalq qrup Harvard Universitetinin astronomlarının rəhbərliyi altında G..


Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'..

İsveçrədən olan alimlər aşkar ediblər ki, keçən il Sibirdə, bu il isə Kanadanın qərb hissəsində müşa..


NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək..

NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata ..


Alimlər Mars planetinin daxili strukturunu öyrənə biliblər

NASA özünün InSight missiyasının 2 illik işindən sonra Mars planetinin daxili strukturunu öyrənə bil..


Buludlar qlobal istiləşmə prosesini gücləndirəcəklər

Peyklər vasitəsilə əldə olunmuş fotoların yeni növ analizi buludların qlobal istiləşməyə təsirləri b..


NASA-nın Curiosity Mars aparatı potensial həyat növünə yaxın ola bilər

NASA agentliyi Mars planetində metan qazı ifrazının baş verdiyi 4 mənbəni təyin edib və yaxın zamand..

×