main-post-cover

    İqlim dəyişikliyi səbəbilə yaxın illərdə siyənək və sardina kimi balıq növləri məhv ola bilərlər

    Süni İntellekt
    11.08.2021
    Farid Pardashunas
        Qida qismində qəbul edilən bir sıra balıq növü yaxın gələcəkdə yox olacaq. Problem iqlim dəyişikliyi səbəbilə okeanlardakı temperaturun yüksəlməsindədir. Bu isə öz növbəsində balıqların yeni şəraitə adaptasiyalarını və sağ qalmalarını əngəlləyir. Aparılmış yeni tədqiqat onu göstərir ki, ançous, siyənək, sardina da daxil olmaqla qida kimi qəbul edilən digər balıq növləri yaxın gələcəkdə iqlim dəyişikliyi səbəbilə yox olacaqlar.
        Okeanlardakı suyun temperatur səviyyəsi yüksək sürətlə artdığı üçün balıqlar daha sürətlə deqradasiya olaraq yaşama uğrunda mübarizədə məhv olurlar. Yeni tədqiqatı aparmış mütəxəssislərin sözlərinə əsasən bu vəziyyət təkcə balıqların yayılmaları üçün deyil həmçinin insanlar üçün də təhlükəlidir. İqlim dəyişikliyi problemi həmçinin qida böhranını daha da sərtləşdirəcək.
        Alimlər qeyd ediblər ki, qida kimi qəbul edilən balıq növlərinin əksəriyyəti yaxın onilliklərdə ya nadir tapıntı olacaq ya da ümumiyyətlə məhv olacaq. “Suyun temperatur artımı balıqlar üçün ikiqat zərbədir. Belə ki, bu proses onları daha kiçik ölçülərə kimi təkamül etməyə məcbur edir və bununla yanaşı onları daha münbit şəraitə köçməyə imkan vermir" - deyə alimlər qeyd ediblər.
        Alimlər tərəfindən aparılmış tədqiqatda qlobal şəkildə yayılmış balıqlar barəsində olan iri həcmli məlumatların statistik analizindən istifadə edilib. Beləliklə bu tədqiqatda balıqların son 150 milyon il ərzindəki təkamülləri incələnib. İndiyənə kimi balıqlar son 1000 il ərzində okeanın təqribi olaraq 0.8 dərəcə Selsi yüksəlməsi ilə qarşılaşmışdılar. İndiki temp ilə isə okean temperaturunun yüksəlməsi 0.18 dərəcə Selsi təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər