
İranda istilik indeksi 80 dərəcə Selsiyə çatıb
Süni İntellekt
22.08.2023
Emil
İranda avqust boyunca anomal istilik müşahidə edilir. Mövcud olan istilik səbəbilə insanlar küçəyə çıxmaqda və hətta nəfəs almaqda belə çətinlik çəkirlər. Bu hal yüksək nəmişliyi təmin edən İran körfəzi sularının qızması ilə bağlıdır. İranın Xuzistan ostanında (İranda birinci dərəcəli ərazi-inzibati vahidin adı) yüksək temperaturda istilik səbəbilə artıq iki həftəlik tətil elan edilib. Mövcud iqlim trendinin qorunub saxlanacağı halda İran körfəzi yaxın gələcəkdə həyat üçün münbit şəraitə sahib olmaya bilər. İran körfəzinin temperaturu artıq 36.4 dərəcə Selsiyə çatıb.
Buna görə də regionda qeyri-adi yüksək temperatur və nəmişlik müşahidə edilir. İstilik ilə nəmişliyin birləşməsi isə İranda yaşayışı dözülməz hala çevirib. Ölkədə havanın temperatur indeksi 80 dərəcə Selsiyə çatıb. Bu cür hava şəraitində insanlar açıq havada yalnız bir neçə saat ola bilərlər. İstilik indeksi kombinasiya edilmiş göstəricidir və o, hava temperaturu ilə nəmişliyi nəzərə alır. Bu göstərici insan orqanizmi tərəfindən istiliyin əslində hansı səviyyədə hiss edildiyini təyin edir.
İstilik indeksi adi hava temperaturu göstəricisindən fərqlənir. Belə ki, istilik indeksi hiss edilən istiliyə nəmişliyin təsirini nəzərə alır. Nəticədə istilik indeksinin yüksək göstəriciləri istiliyin əslində daha ağır şəkildə hiss edildiyini sərgiləyirlər. Bu isə öz növbəsində adi hava temperaturu göstəricilərindən qat-qat fərqlənirlər. Keçən həftənin çərşənbə axşamı İranda istilik indeksi 80 dərəcə Selsiyə yüksəlmişdi. Bu cür göstərici isə insan orqanizminin ətraf mühitin temperaturunə adaptasiya bacarığını qat-qat üstələyir.
Son həftələrdə bu regionda istilik indeksi göstəricisi mütəmadi şəkildə 60 dərəcə Selsini keçir. Gecə saatlarında da temperatur yüksək olaraq qalır. Əbu-Dabi və Küveyt kimi böyük şəhərlərdə axşam saatlarında istilik indeksi göstəricisi 48 dərəcə Selsi təşkil edir. Sözügedən regionda anormal istilik heç də təəccübləndirici bir hal deyil. Lakin qlobal istiləşmə səbəbilə bu istilik göstəricisi getdikcə yüksəlir. Son günlərdə İran körfəzi sularının səth temperaturu 36.4 dərəcə Selsiyə çatıb. Məlumata əsasən bu, son 20 ildə müşahidə edilən ən maksimal göstəricidir.
Paylaş
Bənzər xəbərlər