main-post-cover

    İrimiqyaslı tədqiqat təsdiqləyib: COVID-19 qrip infeksiyasından daha təhlükəlidir

    Süni İntellekt
    22.12.2020
    Farid Pardashunas
        Alimlər son 5 ildə qrip epidemiyasının ən ağır sezonu ilə COVID-19-un ən ağır dövrünü müqayisə ediblər. Nəticədə məlum olub ki, koronavirusdan ölüm halları 3 dəfə daha yüksək olub, bu xəstəlik daha ağır keçib və daha uzun müddət çəkib. Bu iki virusun müqayisəsi üzrə aparılmış irimiqyaslı tədqiqat mütəxəssislərin ən pis proqnozlarını təsdiqləyib. Bu barədə Hightech.plus saytı xəbər verib. Statistikaya əsasən hər il qrip virusunun ağırlaşması nəticəsində bütün dünya üzrə 650.000-ə yaxın insan həyatını itirir. Nəzərə almaq lazımdır ki, qrip virusuna qarşı müxtəlif dərmanlar və vaksinasiyalar mövcuddur. COVID-19 pandemiyasının 1 ili ərzində isə təqribi olaraq 1.6 milyon insan həyatını itirib.

    Bunun əsas səbəblərindən biri də koronavirusa qarşı effektiv dərmanlar ilə vaksinasiyanın olmamasıdır.

        Daha informativ statistikanı əldə etmək üçün Fransadan olan alimlər əhalinin bütün qrupları arasında xəstəlik, xəstəlik nəticəsində ölüm və xəstəliyin davamlılığı məsələlərində müqayisə araşdırması etmək qərarına gəliblər. Tədqiqatlar ölkə üzrə məlumatlara əsaslanıb. Həmin məlumatlara koronavirus səbəbilə bu ilin 1 mart tarixindən 30 aprel tarixinə kimi xəstəxanalara yatırılmış 89.530 nəfər pasient və 1 dekabr 2018-ci il tarixindən 28 fevral 2019-cu il tarixinə kimi qrip virusu səbəbilə xəstəxanalara yatırılmış 45.819 nəfər pasient daxil olub. Başqa sözlə desək, alimlər Fransada pandemiyanın 2 ayı ərzində xəstəxalara yatırılmış pasientlər ilə son 5 ildə qripin ən ağır sezonu zamanı xəstəxanalara yatırılmış pasientləri müqayisə ediblər.
        Nəticədə əldə edilmiş statistika heç də ürəkaçan deyil. Beləliklə əsas göstərici hesab olunan ölüm halları qripdən fərqli olaraq COVID-19 fonunda 3 dəfə yüksək olub. Bu məsələdə koronavirusun göstəricisi 16.9%, qripin göstəricisi isə 5.8% təşkil edib. COVID-19-a yoluxmuş pasientlərin əksəriyyəti (16.3%) intensiv terapiyaya ehtiyac duyublar. Qripdən əziyyət çəkmiş pasientlərdə isə bu göstərici 10.8%-dir. Koronavirusa yoluxmuş pasientlərin xəstəxanalarda ortalama qalma müddətləri (15 gün) qrip ilə müqayisədə (8 gün) 2 dəfə daha uzun olub.

    18 yaşına kimi olan uşaqlar və yeniyetmələr nadir hallarda xəstəxanalara yerləşdirilməyə ehtiyac duyublar.

        Bu məsələdə adi qrip koronavirusu üstələyir. Belə ki, koronavirusa yoluxmuş və yaşı 18-dən aşağı olan şəxslərin 1.4%-i xəstəxanalara yerləşdirməyə ehtiyac duyublar. Qripdə isə bu statistika 19.5% təşkil edib. Lakin koronavirusa yoluxmuş uşaqlar qripə yoluxmadan fərqli olaraq intensiv terapiyaya daha çox ehtiyac duyublar. 5 yaşına kimi olan uşaqlar arasında ölüm halları hər iki virusun fonunda aşağı olub. COVID-19-da bu göstərici 0.5%, qripdə isə 0.2% təşkil edib. Son 5 il ərzində qripin ən ağır sezonundan fərqli olaraq koronavirus pandemiyasının ən ağır dövrü çərçivəsində xəstəxanalara daha çox pasient yerləşdirilib. COVID-19-un qripdən daha təhlükəli olması həmçinin orqanizmin demək olar bütün sistemlərinə təsiri ilə də sübut olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər