İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

Süni zəka və Elm
07.06.2021 PAYLAŞIM

    İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə ediblər. Beləliklə laboratoriya siçanları üzərində aparılmış təcrübələr alimlərin yeni üsulunun effektivliyini sübut ediblər. İsrailli alimlərdən ibarət qrup laboratoriya siçanlarının həyat davamlılıqlarını artırmağın mümkünlüyünü təcrübi üsulla sübut edib. Belə ki, təcrübədən keçmiş 250 fərd siçan adi fərdlər ilə müqayisədə 23% daha uzun müddət yaşayıblar və daha cavan görünüblər. Bundan əlavə olaraq məlum olub ki, təcrübədə iştirak etmiş siçanlar xərçəng xəstəliyinə daha az həssasdırlar. Bu cür nəticəni SIRT6 adlı zülalın korreksiyası sayəsində əldə etmək mümkün olub.

    Yaş artdıqca orqanizmdə bu zülalın miqdarı azalır. Təcrübənin əsas nəticəsi əsnasında alimlər bildiriblər ki, bu yeni üsulu insanlar üzərində də təcrübədən keçirilə bilər. Bununla belə əgər yeni üsul insanlarda eyni effekti versə, deməli insan həyatının davamlılığı 120 ilə kimi uzana bilər. Maraqlısı ondadır ki, siçanların erkək və dişi fərdləri orqanizmdə SIRT6 zülalının artırılması prosesinə fərqli cür reaksiya veriblər. Belə ki, erkək siçanlar 30% daha uzunmüddətli yaşadıqları halda dişi siçanlarda bu göstərici 15% təşkil edib. Hal hazırda yeni üsulun insanlar üzərində təcrübədən keçirilməsi üçün hazırlıqlar gedir. Bu məqsədlə SIRT6 zülalının miqdarının arıtırılması üçün xüsusi molekullar hazırlanır. Konkret nəticələrin 2-3 il ərzində təqdim olunacağı gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..


Alimlər qalaktikamızın mərkəzinə yaxın qəribə radiosiqnal mənbəyi aşkar ediblər..

Alimlər Süd Yolu qalaktikasının mərkəzinə yaxın hissəsində sirli radiodalğa mənbəyi aşkar ediblər...


Tibb işçiləri dünya liderlərini iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlə..

Bütün dünya üzrə tibb sahəsini əhatə edən 200-ə yaxın jurnal iqlim dəyişikliyi ilə bağlı xüsusi məqa..


Məhkəmə qərarına əsasən süni zəka patentdə ixtiraçı kimi qeyd edilə bilməz..

ABŞ-ın Leonie Brinkema adlı federal məhkəmə hakiminin qərarı ilə mövcud olan qanunvericiliyə əsasən ..

×