Logo
    main-post-cover

    İstehlakçılar süni zəka funksiyalarına sahib cihazları əldə etməkdən imtina edirlər

    Süni İntellekt
    01.08.2024
    Emil
          Elektron cihazların istehsalçıları süni zəka əsasında çalışan funksiyaları əlavə üstünlük hesab edirlər. Lakin Vaşinqton Dövlət Universitetinin mütəxəssisləri öyrəniblər ki, istehlakçılar bu mövzuda fərqli fikirə sahibdirlər. Bunun təyin olunması üçün mütəxəssislər araşdırma aparıblar. Aparılmış araşdırma çərçivəsində keçirilmiş təcrübə zamanı onlar təcrübədə iştirak etmiş könüllü şəxslərə smart televizorların eyni texniki təsvirlərini təqdim ediblər və onlardan yalnız birində süni zəka funksiyalarının olduğu qeyd edilib.
         Könüllü şəxslər isə televizorlar arasında süni zəka termininə sahib olanını gördükləri zaman qeyd ediblər ki, onların bu cür televizoru əldə etmələri ehtimalı çox aşağıdır. Aparılmış ikinci təcrübə isə məhsullarda və ya xidmətlərdə olan süni zəkaya qarşı olan neqativ reaksiyanı daha yaxşı sərgiləyib. Buna misal olaraq bahalı texnikanı, tibbi avadanlıqları və maliyyə xidmətlərini gətirmək olar. Bu cür hallarda süni zəkanın qeyd edilməsi istehlakçıları daha çox narahat edir. İstehlakçıların trenddə olan bu texnologiyaya olan münasibətləri 8 müxtəlif məhsul kateqoriyasında yoxlanılıb və hamısında nəticə eyni olub. Süni zəkaya qarşı neqativlik və inamsızlıq.
    Paylaş