İtaliyanın Bending Spoons şirkəti Airtable-ı 1,28 milyard dollara alır
Süni İntellekt
04.08.2026
Sevinj
İtaliyanın proqram təminatı şirkəti Bending Spoons, bulud əsaslı cədvəl və verilənlər bazası platforması Airtable-ı 1,28 milyard dollar nağd vəsait qarşılığında satın almaq barədə razılığa gəlib. Bu, şirkətin ötən ay birjada listinqə çıxmasından sonra həyata keçirdiyi ilk böyük satınalmadır. 2013-cü ildə yaradılan Airtable indiyədək müxtəlif investisiya turlarında 1,4 milyard dollardan çox vəsait cəlb edib. Şirkət 2021-ci ildə texnologiya bazarının yüksəlişi dövründə 11 milyard dollardan çox dəyərləndirilsə də, bu ilin əvvəlində ikinci bazarda səhmlərinin dəyərinin təxminən 4 milyard dollara düşdüyü bildirilirdi.
Bending Spoons-un açıqlamasına görə, Airtable-ın balansındakı nağd vəsait də nəzərə alındıqda şirkətin ümumi dəyəri təxminən 2,25 milyard dollar hesablanır. Bending Spoons-un qurucusu Luka Ferrari bildirib ki, Airtable komandaların məlumatları idarə etməsi və iş proseslərini təşkil etməsi sahəsində öncül platformalardan biridir. Onun sözlərinə görə, şirkətin illik təkrarlanan gəliri (ARR) 2026-cı ilin iyun ayına olan məlumata əsasən illik müqayisədə 20 %-dən çox artaraq təxminən 480 milyon dollara çatıb və bu satınalma innovasiyaların daha da sürətlənməsinə kömək edəcək.
Airtable bu ilin yanvar ayında Superagent adlı yeni AI platformasını təqdim edib. Platforma istifadəçilərə müxtəlif tapşırıqları yerinə yetirən süni intellekt agentləri yaratmağa imkan verir. Şirkətin baş direktoru Haui Liu daha əvvəl bildirmişdi ki, Airtable-dan 500 mindən çox təşkilat, o cümlədən Fortune 100 siyahısındakı şirkətlərin 80 %-i istifadə edir.
Paylaş
