Logo
    main-post-cover

    James Cameron: “AI kino üçün qorxuludur”

        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, “Avatar” filmləri ilə tanınan məşhur rejissor James Cameron generativ süni intellektdən narahat olduğunu bildirib. CBS Sunday Morning-ə müsahibəsində o, yeni filmi “Avatar: Fire and Ash” ərəfəsində bu mövzuya toxunub. Cameron deyib ki, illərdir istifadə olunan "mocap" texnologiyası çoxlarının düşündüyü kimi aktyorları əvəz etmir, əksinə onların işini daha da ön plana çıxarır. Onun sözlərinə görə, bu texnologiya aktyorun oynadığı hər bir hissi və hərəkəti dəqiq şəkildə rəqəmsal mühitə köçürərək yaradıcılıq prosesini daha da dərinləşdirir.
        Rejissor bildirib ki, bəzi insanlar bunu generativ AI ilə eyniləşdirir, lakin aralarında böyük fərq var: “"Mocap" aktyor və rejissorun yaratdığı anı qeyd edib genişləndirir. Generativ süni intellekt isə tamamilə yeni, heç mövcud olmayan bir obrazı, aktyoru və performansı sadəcə mətn yazaraq yarada bilir. Bu isə dəhşətlidir. Bizim etdiyimiz iş bunun tam əksidir”.
        CBS reportajında aktyorların 250 min qallonluq su tankında sualtı səhnələri özləri canlandırdıqları da göstərilib. Cameron bunun sənətkarlığı və insan yaradıcılığını önə çıxardığını, AI ilə əvəzlənməyəcəyini vurğulayıb.
    Paylaş
    Bənzər xəbərlər