main-post-cover

    James Webb əfsanəvi supernovanın yüksək detallı fotosunu çəkib

    Süni İntellekt
    01.09.2023
    Emil Nəcəfov
        James Webb tərəfindən çəkilmiş yeni foto sözügedən kosmik teleskopun inanılmaz imkanlarını yenidən sərgiləyib. Belə ki, teleskop özündə olan yaxın infraqırmızı diapazon kamerası vasitəsilə Supernova 1987A adlı supernovanın (partlayış nəticəsində parlaqlığı kəskin artan ulduz) fotosunu çəkib. Qeyd etmək lazımdır ki, sözügedən supernova əfsanəvi hesab edilir. Belə ki, alimlər artıq 40 ildir ki, onu müşahidə edirlər. James Webb tərəfindən sözügedən supernovanın çəkilmiş yeni fotosu partlamış ulduzun qalıqlarındakı yeni strukturları aşkar etməyə yardımçı olub.
        Supernova 1987A-nın qalıqları ilk dəfə 1987-ci ilin fevral ayında aşkar edilmişdi. Partlamış ulduzun qalıqları Yer kürəsindən 168 000 işıq ili uzaqlığında yerləşirlər. Sonuncu dəfə sözügedən supernova barəsində məlumatları Spitzer adlı kosmik teleskop təqdim etmişdi. Lakin James Webb tərəfindən çəkilmiş fotoda supernova barəsində daha çox detal əks olunub. Supernova qalıqlarının mərkəzində çoxlu miqdarda toz olduğundan mərkəz hissəsini hətta infraqırmızı təchizatlar vasitəsilə də müşahidə etmək qeyri-mümkündür.
        Növbəti mərhələdə James Webb mərkəzi hissəsinin fotosunu orta infraqırmızı diapazon kamerası vasitəsilə çəkəcək. Bu isə öz növbəsində Supernova 1987A-nın daha da detallı fotosunu əldə etməyə yardımçı olacaq. Qalıqların mərkəzindəki çoxlu miqdarda tozun arasında supernova partlayışından sonra qalmış neytron ulduzu yerləşir. James Webb-in onu aşkar etmə şansı isə yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər