main-post-cover

    James Webb ən uzaq məsafədə yerləşən yeni super kütləli qara dəliyi kəşf edib

    Süni İntellekt
    07.07.2023
    Farid Pardashunas
        James Webb kosmik teleskopu elmə məlum ən uzaq məsafədə yerləşən yeni super kütləli qara dəliyi kəşf edib. CEERS 1019 adlı qalaktikanın mərkəzində yerləşən bu super kütləli qara dəlik Böyük partlayışdan cəmi 570 milyon il sonra formalaşıb. Sözügedən qalaktikanın mərkəzində yerləşən super kütləli qara dəliyin yeganə fərqləndirici özəlliyi Günəş sistemindən çox uzaq məsafədə yerləşməsi deyil. Onun digər bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun kütləsi 9 milyon Günəş kütləsinə bərabərdir. Adətən isə digər super kütləli qara dəliklərin kütlələri 1 milyard Günəş kütləsinə bərabər olurlar. Buna görə də onları aşkar etmək asan olur.
        CEERS 1019-un mərkəzindəki qara dəliyin nisbətən böyük olmayan ölçüsü hələ ki, kainatın əsas sərklərindən biri olaraq qalır. Məsələ burasındadır ki, alimlər hələ ki, Böyük partlayışdan qısa müddət sonra bu cür böyük kütləli qara dəliklərin necə formalaşdıqlarını anlaya bilmirlər. Daha öncə onlar güman edirdilər ki, kainatın ilkin inkişaf mərhələlərində bu cür kosmik obyektlər formalaşa bilərlər. Lakin bunun sübutu indi ortaya çıxıb. Alimlər güman edirlər ki, nisbətən kiçik kütləyə sahib super kütləli qara dəliklərin sayı kainatda əslində daha çoxdur. Sadəcə olaraq onlar hələ kəşf edilməyib. Bundan əlavə olaraq məlum olub ki, CEERS 1019 daxilində yeni ulduzların yaranması prosesi hələ də davam edir. Ola bilər ki, bu, onun digər qalaktika ilə birləşməsi hesabına baş verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər