Logo
    main-post-cover

    James Webb iki qalaktikanın toqquşmasından formalaşmış yeni qalaktikanın fotosunu çəkib

        James Webb kosmik teleskopu NGC3256 adlı qalaktikanın fotosunu çəkib. Lakin bu fotonun maraqlı tərəfi ondan ibarətdir ki, onda əks olunmuş qalaktika 500 milyon il bundan öncə iki qalaktikanın bir-birilə toqquşması nəticəsində formalaşıb. NGC3256 adlı qalaktika Yer kürəsindən 120 milyon işıq ili uzaqlığında Hidra-Sentavr adlı qalaktikalar qruplaşmasında yerləşir. Qalaktikanın tozdan və qazdan ibarət uzunsov parlaq qollarının olması onun maraqlı keçmişə sahib olduğundan xəbər verir. Məlumatda qeyd edilib ki, NGC3256 qalaktikasının formalaşmasına səbəb olmuş toqquşma formalaşmış yeni qalaktikada həmçinin yeni ulduzların intensiv şəkildə yaranmalarına da təkan verib. Sözügedən qalaktikada yeni ulduzların intensiv şəkildə yarandıqları sahələr qalaktik qollarda parlaq narıncı-qırmızı rəngdə əks olunublar.
    Paylaş
    Bənzər xəbərlər