James Webb kosmik teleskopu asteroid qurşağındakı kometada su aşkar edib

James Webb kosmik teleskopu asteroid qurşağındakı kometada su aşkar edib

Süni zəka və Elm
16.05.2023 PAYLAŞIM

    James Webb kosmik teleksopu Mars ilə Yupiter arasında yerləşən asteroid qurşağındakı kometanın ətrafında su buxarı aşkar edib. Bu isə öz növbəsində Yer kürəsində suyun kometalar vasitəsilə yarandığı fərziyyəsini daha da inandırıcı hala gətirir. Teleskopun kometa ətrafında su buxarını aşkar etməsi həmçinin erkən Günəş sistemində suyun asteroid qurşağında buz şəklində qala biləcəyini də sərgiləyir. Asteroid qurşağının məhz asteroid qurşağı adlanmasına baxmayaraq həmin kosmik sahədə qazdan və tozdan ibarət olan quyruğu periodik olaraq sərgiləyən oobyektlər də mövcuddur. Bir neçə müddət bundan öncə həmin obyektlər kometalar sinifinə daxil edilmişdi.

238P/Read adlı kometa:


    238P/Read adlı obyekt asteroid qurşağında bu sinifə daxil olan 3 əsas obyektdən biridir. Daha əvvəllər hesab edilirdi ki, bütün kometalar ya Neptundan uzaqda yerləşən Koyper qurşağında ya da Oort buludunda formalaşırlar. Kometanın Günəşə yaxınlaşan zaman buxarlanan buz materialı kometanın əldə etdiyi quyruqdur. Məhz həmin quyruq sayəsində kometalar asteroidlərdən fərqlənirlər. Uzun müddət ərzində alimlər güman edirdilər ki, su buzu Yupiterin orbiti daxilində yerləşən və daha isti temperatura sahib asteroid qurşağında mövcud ola bilər. Lakin bunu təcrübi şəklində yalnız James Webb kosmik teleskopu vasitəsilə sübut etmək mümkün olub. James Webb vasitəsilə 238P/Read adlı kometanın müşahidəsi onu göstərib ki, erkən Günəş sistemində olmuş su buzu asteroid qurşağında mövcud ola bilər.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×