James Webb kosmik teleskopu ilk ekzoplanetini kəşf edib

James Webb kosmik teleskopu ilk ekzoplanetini kəşf edib

Süni zəka və Elm
16.01.2023 PAYLAŞIM

    Alimlər rəsmi olaraq təsdiqləyiblər ki, James Webb kosmik teleskopu öz ilk ekzoplanetini kəşf edib. Kəşf edilmiş ekzoplanet LHS 475b adını əldə edib. Məlumatda qeyd edilib ki, sözügedən ekzoplanetin diametri Yer kürəsi diametrinin 99%-nə bərabərdir. NASA-nın Transiting Exoplanet Survey Satellite (TESS) adlı aparatı vasitəsilə aparılmış müşahidələr bu ekzoplanetin mövcudluğuna işarə edəndən sonra alimlər James Webb vasitəsilə əlavə müşahidələr aparıblar və ekzoplanetin həqiqətən də mövcud olduğunu təsdiqləyiblər. Hal hazırda aktiv olan bütün teleskoplardan yalnız James Webb Yer kürəsi ölçüsündə olan planetlərin atmosferlərinin spektral analizlərini aparmaq imkanına sahibdir. Lakin teleskopun sahib olduğu təchizatlar vasitəsilə hələ ki, ekzoplanetin Yer kürəsi ölçüsündə olduğunu təsdiqləmək mümkün olub. Onun tərkibini və hətta atmosferə sahib olub-olmaması hələ təyin edilməyib.


    Bununla belə alimlər təsdiqləyiblər ki, LHS 475b dəqiq şəkildə metan tərkibli sıx atmosferə sahib deyil. Bununla belə heç istisna deyil ki, ekzoplanet CO2 qazı tərkibli atmosferə sahibdir. LHS 475b-nin ümumiyyətlə atmosferə sahib olmadığı da mümkün ola bilər. Bunu təsdiqləmək üçün alimlər əlavə müşahidələr aparmalı olacaqlar. James Webb vasitəsilə əldə edilmiş məlumatlara əsasən sözügedən yeni ekzoplanetin səthində temperatur Yer kürəsi səthindəki temperaturdan bir neçə yüz dərəcə yüksəkdir. Bununla yanaşı alimlər qeyd ediblər ki, LHS 475b öz ulduzu ətrafında tam dövrü 2 günə reallaşdırır. Ekzoplanet öz ulduzuna çox yaxın məsafədə yerləşsə də, onun ulduzu qırmızı cırtdan sinifinə daxildir. Bu isə o deməkdir ki, onun temperatur göstəricisi Günəşin temperatur göstəricisinin yarısına bərabərdir. LHS 475b Yer kürəsindən 41 işıq ili uzaqlığında Oktanta bürcündə yerləşir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×