main-post-cover

    James Webb kosmik teleskopu ilkin formalaşma mərhələsində olan ulduzun fotosunu çəkib

    Süni İntellekt
    17.11.2022
    Farid Pardashunas
        James Webb kosmik teleskopu ilkin formalaşma mərhələsində olan ulduzun fotosunu çəkib. Faktiki olaraq söhbət, protoulduzdan (öz təkamülünün ilkin mərhələsində olan ulduz) gedir. Sözügedən protoulduz strukturu molekulyar Buğa buludu adlı kosmik sahədə yerləşir. Ulduzun özü tozdan və qazdan ibarət çox sıx qara bulud ilə örtülüb. Onu yalnız yaxın infraqırmızı kamera vasitəsilə infaqırmızı işıq diapazonunda görmək olar. James Webb isə özündə sözügedən kameranı birləşdirir. Alimlərin fikirlərinə əsasən sözügedən kosmik strukturun analizi öz növbəsində protoulduzun ətrafında baş verən prosesləri müşahidə etməyə yardımçı olacaq.
        Bu protoulduzuun yaşı cəmi 100 000 il təşkil edir. Kosmik miqyasda bu çox kiçik zaman göstəricisidir. Bu protoulduz ulduzun hələ ilkin formalaşma mərhələsindədir. Bu cür kosmik obyektlər sözügedən mərhələdə hələ də toz və qazdan ibarət buludla əhatə olunurlar. Məhz tozdan və qazdan ibarət bulud sözügedən ulduzun formalaşmasında əsas rolu oynayıb. Protoulduzun nəticədə ulduza çevrilməsi üçün çox böyük vaxt lazımdır. Protoulduzun özü buludla örtülmüş olsa da, James Webb tərəfindən,çəkilmiş fotoda onu əhatə edən toz və qaz diskini görmək olar, Həmin disk kosmik strukturun mərkəzində qara rəngli zolaq formasında əks olunub və o, Günəş sistemi ölçüsündədir.
        Ulduz öz kütləsi ilə ölçüsünü yüsəltmə prosesi zamanı əlavə materiya onun sıxılmasını təmin edəcək. Bu isə öz növbəsində ulduzun nüvəsindəki temperatur ilə təzyiqin yüksəlməsinə gətirib çıxaracaq. Nəticədə nüvənin temperaturu ilə təzyiqi elə bir səviyyəyə çatacaq ki, ulduzun daxilində termonüvə sintezinə start veriləcək. Bu proses çərçivəsində isə hidrogen heliuma çevrilərək enerji generasiya edəcək. Bu, ulduzun formalaşma prosesində ən vacib mərhələlərdən biridir. Proses çərçivəsində protoulduz tozdan və qazdan ibarət bulud daxilində turbulentlik yaradır. Bu isə onun ətrafında digər ulduzların yaranmalarının qarşısını alır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər