main-post-cover

    James Webb kosmik teleskopu tərəfindən əldə edilmiş ilk fotolardan biri rəsmi şəkildə təqdim edilib

    Süni İntellekt
    11.07.2022
    Farid Pardashunas
        NASA-nın James Webb adlı kosmik teleskopu vasitəsilə əldə edilmiş ilk fotolardan biri rəsmi şəkildə təqdim edilib. Fotonu ABŞ prezidenti Joe Biden təqdim edib. Beləliklə təqdim edilmiş foto insanlıq tərəfindən kainatın qeydə alına biləcək ən dərin və detallı infraqırmızı fotosudur. Fotoda SMACS 0723 adlı qalaktikalar qruplaşması əks olunub. Buna başqa cür həmçinin qalaktikalar klasteri də deyilir. Sözügedən foto James Webb-in NIRCam adlı yaxın infraqırmızı kamerası vasitəsilə çəkilib. Nəhəng kainatın bu kiçik hissəsi göy üzünün təqribi olaraq bir toz hissəciyi boyda sahəsini əhatə edir.
        Bu foto kosmik teleskopun kamerası vasitəsilə müxtəlif uzunluqlu dalğalarda çəkilmiş çoxlu sayda fotonun birləşməsidir. Beləliklə təqdim edilmiş fotodakı SMACS 0723 adlı qalaktikalar klasterinin 4.6 milyard il bundan öncəki vəziyyəti əks olunub. Bu qalaktikalar klasteri həmçinin qravitasiya linzası kimi çıxış edərək arxasındakı daha uzaq məsafəli qalaktikaları görməyə imkan verir. Tədqiqatçılar yaxın zamanda bu cür qalaktikalar barəsində məlumatları əldə etməyə başlayacaqlar. Belə ki, James Webb-in tapşırıqlar siyahısında ən qədim qalaktikaların axtarışı var. Qeyd etmək lazımdır ki, kosmik teleskop tərəfindən əldə edilmiş ilk fotoların qalanları bu gün axşam saatlarında təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər