main-post-cover

    James Webb kosmik teleskopu uğurla təyinat nöqtəsinə çatıb

    Süni İntellekt
    24.01.2022
    Emil Nəcəfov
        Dekabr ayında kosmosa göndərilmiş James Webb adlı kosmik teleskop öz missiyasının əsas mərhələlərindən birini yekunlaşdırıb. Belə ki, o, Günəş-Yer kürəsi sisteminin L2 Laqranj nöqtəsinə çatıb. Sözügedən nöqtə Yer kürəsindən 1.5 milyon km uzaqlığındadır. Bu, teleskopun yekun təyinat nöqtəsidir. Alimlərin proqnozlarına əsasən teleskop həmin nöqtədə növbəti 10 il ərzində çalışa biləcək. Növbəti 5 ay ərzində NASA mütəxəssisləri teleskopun elmi təchizatlarının və güzgülərinin ayarlanması ilə məşğul olacaqlar. Bundan əlavə olaraq bu müddət ərzində teleskopun təchizatı soyumalıdır. Bu ayın əvvəlində teleskopun Günəş şüalarından qorunması üçün nəzərdə tutulmuş xüsusi ekranının tam açılması mərhələsi yekunlaşmışdı.
        Bundan əlavə olaraq teleskopun əsas güzgüsü də tam şəkildə artıq açılıb. Mütəxəssislərin sözlərinə əsasən bu proseslər teleskopun ayarlanma mərhələsində olmuş ən qəliz proseslərdir. Həmin proseslər uğurla yekunlaşıblar. 24 Yanvar tarixində teleskopun L2 nöqtəsinə istiqamətlənməsi üzrə son ayarlanmalar reallaşdırılıb. Beləliklə mütəxəssislər hər 3 həftədən bir teleskopun mühərriklərini işə salacaqlar ki, o, lazımi vəziyyətdə qala bilsin. NASA mütəxəssislərinin sözlərinə əsasən bu proseslər üçün az miqdarda yanacaqdan istifadə ediləcək.
        Bundan əlavə olaraq Ariane-5 adlı raket teleskopu elə uğurlu şəkildə kosmosa göndərib ki, teleskop istiqamətlənmənin düzgün şəkildə reallaşdırılması üçün əlavə yanacaqdan istifadə etməyib. Nəticədə teleskopda çoxlu miqdarda yanacaq ehtiyatı qalıb. Bu isə onun fəaliyyət müddətini uzada bilər. Növbəti 5 ay ərzində NASA mütəxəssisləri teleskopun ayarlanması ilə məşğul olacaqlar. Əsasən onlar 12 yanvar tarixində start götürmüş optik ayarlanmanı davam etdirəcəklər. Bununla paralel olaraq teleskopun elmi təchizatının tədricən ayarlanması və işə salınması prosesinə start veriləcək. Təqribən 100 gündən sonra teleskopun təchizatı soyuyacaq. Bu isə teleskopun fəaliyyətə başlaması üçün əsas şərtdir.
    Linki kopyala