Logo
    main-post-cover

    James Webb məlum olan ən qədim ulduzun kəşfini təsdiqləyib

        James Webb kosmik teleskopunun müşahidə etmiş olduğu ilk kosmik obyektlərdən biri də Earendel adlı ulduz olmuşdu. Sözügedən ulduz Hubble teleskopu tərəfindən 2022-ci ilin mart ayında kəşf edilmişdi. Earendel kainatın ən uzaq məsafədə yerləşən ulduzlarından biri olmağa namizəd kimi çıxış edirdi. James Webb isə bunu təsdiqləməli idi. Nəticədə kosmik teleskop bu işin öhdəsindən gələ bilib. Alimlərin bəxtləri gətirib ki, Earendeldən gələn işıq ilə Yer kürəsi arasında WHL0137-08 adlı qalaktikalar qruplaşması tərəfindən yaranmış qravitasiya dalğası olub.
        Earendel həmin qravitasiya dalğasına elə ideal şəkildə uyub ki, onun işığı nəticədə 4000 dəfə daha güclü olub. James Webb isə üstəlik öz müasir təchizatlarından istifadə edərək sözügedən ulduzun növünü və ona kimi olan məsafəni təyin edə bilib. Earendel ilə Yer kürəsi arasındakı dəqiq məsafə hələ təyin olunma prosesindədir. Lakin artıq indidən dəqiq şəkildə demək olar ki, bu ulduz Böyük partlayışdan sonrakı ilk milyard il çərçivəsində müşahidə edilən ilk ulduzdur. Bu kəşf kainatın yalnız hidrogenheliumdan ibarət ilk ulduzlarının tapılmasına ümid verən bir kəşfdir.
        Earendeldən gələn işığın spektral analiz onu göstərib ki, o, B sinifinə (yüksək temperaturlu səthə və ağ-mavi rəngə sahib ulduzlar) daxil olan ulduz növüdür. Sözügedən ulduzun temperaturu Günəşin temperaturundan 2 dəfə, parlaqlığı isə milyon dəfə yüksəkdir. Onun kütləsi üstəlik Günəşin kütləsindən dəfələrlə böyükdür. Adətən Earendel kimi ulduzlar qonşu ulduza sahib olurlar. Earendeldən gələn işığın analizində isə daha soyuq və qırmızı ulduzun izləri aşkar edilib. Bu isə o deməkdir ki, onun həqiqətən də qonşu ulduzu mövcuddur. Qeyd etmək lazımdır ki, Earendeldən əvvəl kainatın müşahidə edilən hissəsində ən qədim ulduz statusunu İkar adlı ulduz əldə etmişdi. O, Böyük partlayışdan 4.4 milyard il sonra formalaşıb.
    Paylaş
    Bənzər xəbərlər