main-post-cover

    James Webb tarixdə ilk dəfə protoplanet diskində su kəşf edib

    Süni İntellekt
    25.07.2023
    Farid Pardashunas
        Su bioloji həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir. Lakin bunun üçün su ən ideal halda maye şəklində olmalıdır. James Webb kosmik teleskpu isə Yer kürəsindən 370 işıq ili uzaqlığında yerləşən cavan ulduz sistemində suyu kəşf edib. Bu kəşfin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, su tarixdə ilk dəfə Yer kürəsi tərzində olan planetlərin formalaşdıqları yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) aşkar edilib. Kosmik teleskop suyu PDS 70 adlı ulduz sistemində aşkar edib. Bu ulduz sisteminin yaşayış zonasında daha öncə artıq ekzoplanetlər kəşf edilmişdi. Onlardan ikisi hətta bir orbitdə yerləşir. Sözügedən sistemin ulduzu K sinifinə daxil olan ulduzlara aiddir. Yəni o, bizim Günəşdən soyuqdur. Hesablamalara əsasən onun yaşı 5.7 milyon il təşkil edir.
        Faktiki olaraq ulduzlar bu yaşda artıq protoplanet diskinə (ulduz ətrafında kosmik toz ilə qazdan ibarət disk) sahib olmasalar da sözügedən cavan ulduz sisteminin ulduzu protoplanet diskinə sahibdir. Bununla belə ulduzun protoplanet diski iki hissəyə bölünüb və hissələr arasında 8 milyard km məsafəli aralıq mövcuddur. Bu aralıq daxilində isə iki ədəd nəhəng ekzoplanet yerləşir. Müvafiq olaraq gələcəkdə həmin protoplanet diskində yeni planetlər formalaşacaq. Formalaşacaq planetlərdən ulduza yaxın olacaqlar isə yaşayış zonasında yerləşəcəklər. Başqa sözlə desək, yaşayış zonasında yerləşəcək gələcək planetlərin səthlərində su maye şəklində mövcud ola biləcək. James Webb tərəfindən aparılmış müşahidələrə əsasən gələcək planetlər böyük ehtimal ilə sərt səthə sahib Yer kürəsi tipli planetlər olacaqlar.
        Kosmik teleskopun müasir təchizatları sayəsində protoplanet diskində su buxarı aşkar edilib. Bu isə alimlər üçün əsl sürpriz olub. İndiyənə kimi öz ulduzuna yaxın məsafədə yerləşən heç bir protoplanet diskində su buxarı kəşf edilməyib. Ulduzların və ulduz sistemlərinin təkamüllərinə dair olan kosmoloji modellərə əsasən ulduzun ultrabənövşəyi şüalanması artıq çoxdan su molekullarını məhv etməli idi. Lakin hansısa səbəblərə görə PDS 70 sistemində bu, baş verməyib. Bu isə öz növbəsində protoplanet diskində həyat üçün potensial münbit şəraitə sahib ola biləcək planetin formalaşmasına imkan yaradır.
        Protoplanet diskində su buxarı ulduzdan 165 milyon km aralıda aşkar edilib. Bu məsafə isə Yer kürəsi ilə Günəş arasında olan məsafədən daha böyükdür. Lakin bununla belə bu cür məsafə suyun maye şəklində qalmasına kifayət edir. Ən maraqlı sual isə suyun orda necə ortaya çıxması və ulduzun ultrabənövşəyi şüalanması vasitəsilə məhv olmamasıdır. Birinci suala iki cavabdan birini vermək olar. Protoplanet diskində su hidrogen ilə oksigenin reaksiyası nəticəsində formalaşıb, və ya ora su xarici soyuq diskdən buz şəklində daxil olub və nəticədə buxara çevrilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər