Logo
    main-post-cover

    James Webb teleskopu 7000 işıq ili uzaqlığında yerləşən kosmik obyektin mükəmməl fotosunu çəkib

    Süni İntellekt
    19.10.2022
    Emil
        James Webb kosmik teleskopu kainatın maraqlı obyektlərinin fotolarını çəkməyə davam edir. Bu dəfə kosmik teleskop “Pillars of Creation” (“Yaradılış Sütunları”) adlı obyektin fotosunu çəkib. Qeyd etmək lazımdır ki, sözügedən obyekt Yer kürəsindən 7000 işıq ili uzaqlığında yerləşən Qartal dumanlığındakı ulduzlararası qaz və tozdan ibarət qruplaşmadır. Təqdim edilmiş fotoda “Yaradılış Sütunları” obyekti sanki əli və ya qaya birləşmələrini xatırladır. Bu qruplaşma ulduzlararası soyuq qaz və tozdan forlamaşıb. Foto James Webb-in konstruksiyasında yerləşən NIRCam adlı yaxın infraqırmızı diapazon kamerası vasitəsilə çəkilib.
        Qeyd etmək lazımdır ki, bu, “Yaradılış Sütunları”nın ilk fotosu deyil. Belə ki, keçən əsrin 1995-ci ilində digər məşhur teleskop olan Hubble sözügedən kosmik obyektin ilk fotosunu çəkmişdi. James Webb tərəfindən çəkilmiş foto isə bu kosmik qruplaşmaya yeni nöqteyi nəzərdən baxmağa imkan verir. Əldə edilmiş yeni məlumatlar sayəsində alimlər ulduzların yaranmaları mövzusunda olan mövcud modellərə yenidən nəzər sala, yaranmış yeni ulduzların saylarını daha dəqiq şəkildə təyin edə və həmin kosmik sahədə qaz və tozun daha dəqiq miqdarlarını təyin edə biləcəklər.
    Solda Hubble teleskopunun, sağda isə James Webb teleskopunun çəkmiş olduğu foto:
        Bununla yanaşı alimlər ulduzların milyonlarla il ərzində toz buludu vasitəsilə necə formalaşdıqlarına dair əlavə məlumatlar əldə etməyə ümid bəsləyirlər. Bununla belə çox güman ki, “Yaradılış Sütunları” adlı kosmik obyekt artıq mövcud deyil. Alimlərin fikirlərinə əsasən 6000 il bundan öncə sözügedən kosmik obyektə yaxın olan sahədə supernova partlayışı baş verib və nəticədə “Yaradılış Sütunları” yox olub. Lakin Yer kürəsindən onun yox olduğu hələ ki, görünmür. Belə ki, xəbərin əvvəlində də qeyd edildiyi kimi o, bizim planetdən 7000 işıq ili uzaqlığında yerləşir. Sözügedən kosmik obyektin mövcud olub-olmadığını insanlar təqribi olaraq 1000 ildən sonra öyrənə biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər