main-post-cover

    James Webb teleskopu artıq dərəcədə parlaqlığa sahib qalaktikanın fotosunu çəkib

    Süni İntellekt
    20.04.2023
    Farid Pardashunas
        James Webb kosmik teleskopu qeyri-adi qalaktikanın fotosunu çəkib. Fotosu çəkilmiş qeyri-adi qalaktika Arp 220 adlanır və o, artıq dərəcədə parlaqlığı ilə seçilir. Arp 220 adlı parlaq qalaktika spiral formasında olmuş digər iki qalaktikanın bir-biri ilə toqquşması nəticəsində formalaşıb. Qalaktikaların bir-biriləri ilə toqquşması isə təqribi olaraq 700 milyon il bundan öncə başlayıb. Arp 220 İlan bürcündə Yer kürəsindən 250 milyon işıq ili uzaqlığında yerləşir. İki qalaktikanın toqquşması öz növbəsində çoxlu sayda yeni ulduzun yaranmasına səbəb olub. Alimlər 5000 işıq ili ölçüsündə olan kosmik toz sahəsində 200-ə yaxın ulduz qruplaşması aşkar ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər