main-post-cover

    James Webb teleskopu ən qədim qalaktika adına namizəd olan yeni qalaktikanı kəşf edib

    Süni İntellekt
    20.11.2022
    Farid Pardashunas
        NASA-nın verdiyi məlumata əsasən James Webb kosmik teleskopu kainatın ən erkən qalaktikalarını aşkar edib. Məlumata əsasən onlardan biri Böyük partlayışdan cəmi 350 milyon il sonra yaranıb. Alimlər James Webb tərəfindən əldə edilmiş yeni məlumatlara əsaslanaraq düşünürlər ki, kainatdakı ilk qalaktikalar Böyük partlayışdan 200 milyon il sonra formalaşmış ola bilərlər. Bu isə astronomların əvvəllər düşündüklərindən daha tezdir. Bu cür qalaktikalar hələ kəşf edilməyib. Lakin James Webb-in, kainatın 2 ən erkən qalaktikasını aşkar etdiyinə dair sübutlar mövcuddur. Məlumatda qeyd edilib ki, kəşf edilmiş qalaktikalardan biri Böyük partlayışdan 350 milyon il sonra, digəri isə 450 milyon il sonra formalaşıb.
        Süd Yolundan fərqli olaraq bu qalaktikalar daha kompakt ölçüdədirlər. Bundan əlavə olaraq onlar çox güman ki, bizim spiral formalı qalaktikamızdan fərqli olaraq sferik və ya disk formasındadırlar. Böyük partlayışdan 350 milyon sonra yaranmış qalaktika GLASS-z12 adını əldə edib. İndiyənə kimi rəsmi olaraq ən qədim qalaktika GN-z11 adlı qalaktika hesab edilirdi. Məlumata əsasən o, Böyük partlayışdan 400 milyon il sonra formalaşıb. GN-z11 adlı qalaktika 6 il bundan öncə Hubble teleskopu vasitəsilə kəşf edilib. GLASS-z12 isə hələ ki, ilkin məlumatlar üzrə ən qədim qalaktika hesab edilir.
        Alimlərin sözlərinə əsasən James Webb bu məsələdə əlavə müşahidələr aparmalıdır və yalnız ondan sonra yekun bir nəticəyə gəlmək mümkün olacaq. Bununla yanaşı NASA-nın sözlərinə əsasən alimlər James Webb tərəfindən əldə edilmiş məlumatlarda daha erkən və uzaq qalaktikaların mövcudluqlarına dair sübutlar aşkar ediblər. Lakin həmin kosmik obyektlərin hamısı hələ ki, yalnız namizəd rolunda çıxış edirlər. Digər tərəfdən həmin qalaktikalar o qədər də uzaq məsafədə yerləşməyə bilərlər. Bunu təyin etmək üçün əlavə müşahidələr aparmaq lazımdır. Bunun üçün isə müəyyən zaman lazımdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər