main-post-cover

    James Webb teleskopu kainatın ən qədim qalaktikası statusunu əldə edə biləcək yeni namizəd kəşf edib

    Süni İntellekt
    07.08.2022
    Farid Pardashunas
        Alimlər iyul ayının birinci yarısında öz elmi fəaliyyətinə start vermiş James Webb teleskopundan gələn məlumatları araşdırmağa davam edirlər. Hələ ekspert qiymətləndirməsindən keçməmiş yeni məqalədə alimlər iddia ediblər ki, James Webb teleskopu kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktikasını kəşf edə bilib. Məlumata əsasən kəşf edilmiş yeni qalaktika Böyük partlayışdan artıq 250 milyon il sonra mövcud olub. Hələ bir neçə müddət bundan öncə James Webb kosmik teleskopu kainatın ən qədim qalaktikası statusuna namizəd ola biləcək yeni qalaktika kəşf etmişdi. Söhbət, GN-z13 adlı qalaktikadan gedir. Təbii ki, GN-z13-ün ən qədim qalaktika olduğu barəsində iddia da hələ ki, rəsmi ekspert qiyməltəndirməsindən keçməyib. Buna görə də kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktikası hələ ki, GN-z11 adlı qalaktika hesab edilir.
    CEERS-93316 adlı qalaktika:

    Lakin əgər alimlərin yeni iddiaları təsdiqlənsələr, bu o deməkdr ki, yeni qalaktika GN-z11-dən 50 milyon il yaş daha böyükdür.

        James Webb tərəfindən əldə edilmiş məlumatların analizləri zamanı alimlər daha öncə məlum olmamış 44 yeni qalaktikanı kəşf ediblər. Onların arasında CEERS-93316 adlı qalaktika digərlərindən fərqlənir. Belə ki, sözügedən qalaktika Böyük partlayışdan artıq 250 milyon il sonra mövcud olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə kəşf edilmiş GN-z13 adlı qalaktika isə Böyük partlayışdan artıq 300 milyon il sonra mövcud olub. CEERS-93316 adlı qalaktika kainatın ən qədim və uzaq məsafədə yerləşən qalaktika statusuna hələ ki, sadəcə bir namizəddir. Alimlər öz məqalələrində iddia edirlər ki, sözügedən kosmik obyekt ulduz və ya aktiv qalaktika nüvəsi yox, məhz qalaktikadır.
    GN-z13 adlı qalaktika:
        Alimlərin sözlərinə əsasən James Webb kosmik teleskopu ilk qalaktikaların formalaşdıqları zamana nəzər yetirməyə imkan verir. Onlar həmçinin qeyd ediblər ki, yeni nəsil teleskopun əldə etdiyi məlumatlar artıq onu sübut edirlər ki, erkən kainatda düşünüldüyündən daha çox qalaktika mövcud olub. Alimlər düşünürlər ki, əgər CEERS-93316 adlı qalaktika kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktika statusunu əldə etsə də, o bu statusu uzun müddət ərzində özündə saxlaya bilməyəcək. Çox güman ki, James Webb teleskopu kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktikası statusuna namizəd ola biləcək yeni kosmik obyekt kəşf edə biləcək. Bunun isə çox yaxın zamanda baş verəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər