main-post-cover

    James Webb teleskopu Orion dumanlığının fotosunu çəkib

    Süni İntellekt
    14.09.2022
    Farid Pardashunas
        Keçən həftənin sonunda James Webb teleskopu Orion dumanlığı adlı kosmik sahənin daxilini müşahidə edib. Orion gecə səmasında 3 ağ-mavi ulduz qurşağından ibarət olan bürcdür. Söhbəət, Rigel, Betelgeyze Bellatriks adlı ulduzlardan gedir. Orion qurşağından sanki ulduz qılıncı asılı vəziyyətdə qalır. Həmin qılıncın uc hissəsində isə böyük ölçülü ulduza bənzəyən kosmik obyekt var. Lakin həmin kosmik obyekt ulduz deyil, toz, qazdan və yeni yaranmış ulduzlardan ibarət dumanlıqdır. Bu, yeni ulduzların yaranması üzrə Yer kürəsinə ən yaxın olan kosmik sahə olduğu üçün, o, alimlərin diqqətlərini özünə tərəf çəkir. James Webb tərəfindən çəkilmiş fotolarda Orion zolağını görmək olar.
        Orion zolağı sözügedən dumanlığın mərkəzində olan divarı xatırladır və o, radiasiyanın təsiri altındadır. Yeni yaranan ulduzlar da dumanlığın məhz bu hissəsində yerləşirlər. Sıx qazdan və tozdan olan divar çəkilmiş fotonun yuxarı sol küncündən aşağı sağ küncünə kimi əks olunub. Bu divar fotonun yuxarı sağ küncündə (Orion Trapesiyası) əks olunmuş yüksək kütləli ulduzlardan ibarət qruplaşmadan gələn ultrabənövşəyi şüalanmanın qarşısını alan qala rolunda çıxış edir. Divarın özü isə Orion Bar adlanır. Təqdim edilmiş fotoda həmçinin 2 cavan ulduzu da görmək oalr. Ulduzlardan biri planetar diskə sahibdir. Bu disk toz, qaz və buz qruplaşmasından ibarətdir və günlərin birində onlar formalaşan planetə birləşəcəklər. İkinci cavan ulduz isə hələ ki, toz və qaz buludu daxilində yerləşir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər