Reklam
James Webb teleskopu Tarantul adlı kosmik dumanlığın fotolarını çəkib

James Webb teleskopu Tarantul adlı kosmik dumanlığın fotolarını çəkib

Süni zəka və Elm
08.09.2022 PAYLAŞIM

    James Webb teleskopu vasitəsilə Tarantul dumanlığının fotosu əldə edilib. Sözügedən kosmik dumanlığın Tarantul adını əldə etməsinin əsas səbəbi ondadır ki, o, görünüşcə bu zəhərli hörümçək növünün yuvasını xartırladır. Kosmosun bu sahəsi ulduzların yaranması üzrə ixtisaslaşan astronavtların son zamanlar müşahidələrini aparmağı sevdikləri sahədir. James Webb teleskopu vasitəsilə daha uzaq məsafədə yerləşən qalaktikaların fotolarını və Tarantul dumanlığının qaz və toz tərkibi barəsində məlumatları əldə etmək mümkün olub. Tarantul dumanlığı Yer kürəsindən 161 000 işıq ili uzaqlığında Böyük Magellan Buludu adlı qalaktikada yerləşir. Sözügedən dumanlıq Süd Yolu qalaktikasına yaxın olan qalaktikalar qrupu arasında ulduzların yarandıqları ən parlaq sahədir.

Yaxın infraqırmızı diapazonda Tarantul dumanlığı:


    Yeni nəsil teleskopda olan yaxın infraqırmızı spektoqraf vasitəsilə kosmik tozdan yaranmış yeni ulduzun fotosunu çəkmək mümkün olub. Orta infraqırmızı diapazonda isə Tarantul dumanlığı bir qədər fərqli görünür. Belə ki, yüksək temperatura sahib ulduzlar daha aşağı parlaqlıq, soyuq olan toz ilə qaz isə daha yüksək parlaqlıq sərgiləyirlər. Tarantul dumanlığının kimyəvi tərkibi kainatın hələ bir neçə milyard il yaşı olan zaman ulduzların yaranmalarına şərait yaratmış nəhəng kosmik sahələrin kimyəvi tərkibləri ilə eynidir.

Orta infraqırmızı diapazonda Tarantul dumanlığı:

    Günümüzdə Tarantul dumanlığından fərqli olaraq Süd Yolu qalaktikasında yeni ulduzların yaranması aşağı intensivliklə baş verir. Başqa sözlə desək, Tarantul dumanlığı bizə yeni ulduzların yaranmalarına şərait yaradan ən yaxın kosmik sahədir və bu sahə kainatın bir neçə milyard yaşı olan zaman cərəyan etmiş prosesləri təkrarlayır. Ulduzların yaranma prosesi hələ də çoxlu sayda sirri özündə birləşdirir. İndiyənə kimi bizlərin bu cür kosmik dumanlıqlarda nələrin gizləndikləri üzrə detallı fotolar əldə edə bilməməsi səbəbilə həmin sirlərdən çoxu müəmmalı olaraq qalıb. Mövcud olan sirlərin cavablarının tapılmasında isə James Webb teleskopu yardımçı olmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsi..


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..

×