Logo
    main-post-cover

    James Webb uzaq məsafədə yenicə formalaşmağa başlayan planetar sistemin fotosunu çəkib

    Süni İntellekt
    25.10.2022
    Emil
        James Webb kosmik teleskopu yeni əldə etdiyi məlumatları Yer kürəsinə göndərməyə davam edir. Sözügedən teleskop hər dəfə təəccüblədnrici məlumatları təqdim edir və təqdim edilən məlumatlar arasında diqqəti ən çox çəkənlər uzaq məsafədə yerləşən planetar sistemlərin fotolarıdır. Bir neçə müddət bundan öncə James Webb teleskopu Orion dumanlığında yerləşən cavan ulduz ətrafındakı protoplanet diskinin (ulduzun ətrafında dövr edən, tozdan və sıx qazdan ibarət olan disk / nəticədə həmin diskdən planetlər formalaşır) fotosunu əldə edib. Beləliklə əldə edilmiş fotodan da görmək olar ki, bizim gözlərimizin qabağında uzaq məsafədə yerləşən yeni planetar sistem formalaşır.
        Təqribi olaraq 1 milyon il yaşa sahib cavan ulduz və onun ətrafındakı protoplanet diski Yer kürəsindən 1500 işıq ili məsafəsində yerləşən Orion 294-606 adlı sistemdə kəşf edilib. Bu kəşf Orion dumanlığlnda yeni ulduzların formalaşdıqları sahələrin müşahidəsi nəticəsində mümkün olub. 4.5 milyard il bundan öncə kənar müşahidəçi üçün Günəş sistemi məhz bu şəkildə görünəcəkdi. 4.5 milyard il bundan öncə Günəş sistemində planetlər yenicə formalaşmağa başlamışdılar. Lakin Yupiter kimi nəhəng planetlər bu cür məsafədə artıq protoplanet buludunda görünə bilirlər.
        Alimlər həmçinin diskdən formalaşacaq gələcək planetlərin hansı kimyəvi tərkibə sahib olacaqları barəsində məlumat da verə bilərlər. Bunu spektral analiz vasitəsilə təyin etmək mümkündür. lƏldə edilmiş fotodakı diskin daxili hissəsindən saçan parlaq işıq ulduzun özü deyil. Həmin işıq ulduzu əhatə edən qaz və toz buludunda paylanan ulduz şüalanmasıdır. James Webb çox həssas spektrometrlər ilə təchiz olunub və onlar hətta 1 milyard işıq ili məsafəsindəki şüalanmanın kimyəvi tərkibini təyin edə bilirlər. Buna görə də Orion 294-606 sistemi sanki mikroskop müşahidəsi altında olacaq.
    Paylaş
    Bənzər xəbərlər