Reklam
James Webb vasitəsilə çəkilmiş ilk möhtəşəm fotolar təqdim edilib

James Webb vasitəsilə çəkilmiş ilk möhtəşəm fotolar təqdim edilib

Süni zəka və Elm
13.07.2022 PAYLAŞIM

    NASA James Webb kosmik teleskopu vasitəsilə çəkilmiş ilk fotolardan bir neçəsini təqdim edib. Bununla yanaşı sözügedən teleskop vasitəsilə əldə edilmiş spektoqrafik məlumatlar da var. Təqdim edilmiş fotolar James Webb teleskopunun nəyə qadir olduğunu və astronomiya sahəsində yeni dövrə qədəm qoyduğunu sərgiləyib. “Bu gün biz, James Webb teleskopu vasitəsilə kosmosa tamamilə yeni baxış növünü insanlara təqdim edirik. O baxış növü ki, insanlar indiyənə kimi heç zaman görməyiblər. İndiyənə kimi kainatın ən dərin infraqırmızı təsviri də daxil olmaqla bu fotolar James Webb teleskopunun bizim hələ düzgün şəkildə verə bilmədiyimiz suallara necə cavab tapmaq lazım olduğunu sərgiləyirlər. Söhbət, kainatımızı yaxşı anlamağa və insanların kainatdakı yerlərini təyin etməyə imkan verəcək suallardan gedir” - deyə NASA-nın rəhbəri Bill Nelson qeyd edib. Qeyd etmək lazımdır ki, yeni nəsil kosmik teleskopun ilk olaraq araşdırmalı olduğu kosmik obyektlər NASA, Avropa Kosmik Agentliyi, Kanada Kosmik Agentliyi Kosmik Teleskop Vasitəsilə Kosmik Tədqiqatlar İnstitutu mütəxəssisləri tərəfindən birgə seçilib.

Stefan Kvinteti adlı qalaktikalar qrupu:


    Stefan Kvinteti Pegas bürcündə yerləşən kompakt qalaktikalar qrupudur. James Webb teleskopu sözügedən qalaktikalar qrupuna daxil olan qalaktikalardan birini əhatə edən ulduz tozu maneəsinin digər tərəfinə nəzər yetirərək orda yerləşən yüksək kütləli qara dəliyin qaz tərkibini görə bilib. Bu məlumatlardan istifadə edərək alimlər bir-biriləri ilə qarşılıqlı əlaqədə olan qalaktikaların bir-birilərində yeni ulduzların yaranmalarına necə təsir göstərdiklərini və həmin qalaktikalarda qaz təsirinin necə baş verdiyini öyrənə biləcəklər.

WASP-96b adlı ekzoplanetin atmosferinin spektoqrafik məlumatları:

    Kosmosun dərinliklərinin fotolarını çəkməklə yanaşı James Webb teleskopu Feniks bürcündə yerləşən və Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığından yerləşən WASP-96b adlı qaz ekzoplanetinin atmosferinin spektoqrafik məlumatlarını əldə edib. Sözügedən ekzoplanetin kütləsi Yupiterin kütləsinin yarısına bərabərdir. Teleskop vasitəsilə reallaşdırılmış ilkin analiz bu ekzoplanetin atmosferində suyun olduğunu göstərib.

Cənub halqası dumanlığı:

    Cənub halqası dumanlığı genişlənən qaz bulududur və o, artıq ölən ulduzu əhatə edir. Sözügedən dumanlıq Günəşdən 2000 işıq ili uzaqlığında Yelkən bürcündə yerləşir.

Kil dumanlığı:

    James Webb teleskopu Kil bürcündə yerləşən Kil dumanlığının fotosunu çəkə bilib. Sözügedən dumanlıq Günəşdən 7600 işıq ili uzaqlığında yerləşir. O, Süd Yolu qalaktikasında yeni ulduzların yarandıqları ən böyük sahələrdən biridir. Çəkilmiş fotoda dumanlığın qayalara bənzəyən hissələri əks olunublar. Qayalara bənzəyən həmin hissələrin ən böyüklərinin hündürlükləri 7 işıq ili təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər hansı bakteriyanın Marsda sağ qala biləcəyini öyrəniblər

Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən bakteriya növlərindən biri Mars planetində sağ qa..


James Webb teleskopu kainatın ən qədim qalaktikası statusunu əldə edə biləcək ye..

Alimlər iyul ayının birinci yarısında öz elmi fəaliyyətinə start vermiş James Webb teleskopundan gəl..


James Webb teleskopu 28 milyard işıq ili uzaqlığında yerləşən ulduzu öz yeni fot..

James Webb kosmik teleskopu keçən ay ilk kosmik fotolarını göndərdiyi andan aktiv şəkildə çalışmağa ..


James Webb teleskopu 500 milyon işıq ili uzaqlığında yerləşən qalaktikanın fotos..

James Webb kosmik teleskopu Yer kürəsindən 500 milyon işıq ili uzaqlığında yerləşən ESO 350-40 adlı ..


Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materi..


Tarixdə dördüncü pasient İİV-dən (İnsanın İmmunçatışmazlığı Virusu) xilas ola bi..

Tarixdə dördüncü şəxs İİV-dən xilas ola bilib. Kaliforniyadakı müalicə mərkəzinin şərəfinə “City of ..

×